"Daxili istehsal olmasa, üzən məzənnə problemləri həll etməyəcək"

Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta mübadilə əməliyyatarının aparılması zamanı müəyyən olunmuş faiz həddini (-/+4%) ləğv etməsindən sonra manat yenidən dəyərini itirməyə başlayıb. Bununla bağlı "Yeniavaz.com"un sualına cavabında iqtisadçı alim, professor Əli Əlirzayev hazırkı vəziyyətdə valyuta mübadiləsinə qoyulan həddin qaldırılmasının üzən məzənnə sisteminə keçidi sürətləndirsə də, bunun manatın dəyərdən düşməsinin qarşısını ala bilməyəcəyini söylədi. Əli Əlirzayev: "Azərbaycanda dollara olan tələbat təklifdən qat-qat çoxdur. Manatın dəyərdən düşməməsi və dollar qarşısında sabitliyini qoruyub saxlaya bilməsi üçün bazarda dollar bolluğu olmalıdır. Bunun üçünsə xaricdən idxal edilən məhsulların azaldılmasına, ixrac təyinatlı məhsulların isə artıtılmasına nail olunmalıdır. Təssüflər olsun ki, biz hazırda daha çox xaricdən məhsul gətiririk. Bu isə xaricə dollar axını deməkdir. Belə hesab edirəm ki, nə qədər biz xaricdən məhsul gətirilməsi əvəzinə daxili istehsalın inkişaf etdirilməsinə nail olmamışıq, o qədər də manat dəyərini itirməkdə davam edəcək. Konkret ifadə etsək, daxili istehsala nail olunmasa, üzən məzənnə sisteminə keçidlə problemləri həll etmək mümkün olmayacaq",-dedi.

Əziz Mustafa

DİGƏR XƏBƏRLƏR

Top