Lənkəranskinin 5 metrlik abidəsi Hindistandan Bakıya gətirildi

Azərbaycanda 5 yaşadək uşaqlar arasında ən çox oğlanlar ölür - Rəsmi

Dillər Universitetinin 5 dekanı işdən çıxarılıb

Bazar ertəsi, 16 yanvar 2017

Menu

Bazar ertəsi, 16 yanvar 2017

GÜNDƏM

Ceyhun Ələkbərov: “Düşmənin bu cür qeyri-insani davranışları əsgərlərimizn döyüş ruhunu daha da artırır”

12.01.2017 13:04

2016-cı ilin 29 dekabr tarixində Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu təxribata əl ataraq Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərib. Ermənilərin bu təxribatının qarşısı alınarkən Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu əsgər Qurbanov Çingiz Salman oğlu şəhid olub. Qəhrəmanımızı diri ələ keçirə bilməyən düşmən onun nəşini özləri ilə aparıblar və mövcud beynəlxalq razılaşmaları kobud şəkildə pozaraq onu geri verməkdən imtina edirlər. Mövzu ilə bağlı “Yeniavaz.com”a açıqlama verən “Soyqırım Həqiqətlərinin Tanıdılması” İctimai Birliyinin sədri Ceyhun Ələkbərov bizimlə söhbətdə bildirdi ki, əsgərimizin nəşinin geri verilməməsi bir daha bütün dünyaya göstərdi ki, Ermənistan hakimiyyəti hansı xislətə sahibdilər. Birlik sədrinin sözlərinə görə, Beynəlxalq razılşmalarda, o cümlədən də Ermənistanın da qoşulduğu və 12 avqust 1949-cu ildə qəbul edilən Cenevrə Konvensiyasında birmənalı şəkildə göstərilir ki, müharibə zonasında öldürülən hərbi qulluqçuların nəşi geri verilməlidr: “Ermənistan tərəfi hər zamankı kimi əsassız arqumentlərlə özlərinin haqlı olduqlarını sübut etməyə çalışırlar. İddia edirlər ki, guya istintaq hərəkətləri icra edirlər. Görəsən ermənilər hansı məntiqə söykənərək belə bir iddia ilə çıxış edirlər. Öldürülmüş bir şəxsin üzərində 15 gün ərzində hansı istintaq hərəkəti icra etmək olar?”
“Soyqırım Həqiqətlərinin Tanıdılması” İctimai Birliyinin sədrinin sözlərinə görə, Ermənistandakı mövcud siyasi-hərbi rejimin bu hərəkəti qeyri-insani davranışdır: “Təbii ki, ermənilərin məqsədi aydındır. Onlar bu, qeyri-insani davranışları ilə Azərbaycan cəmiyyətinə, ordumuza pisxoloji təsir etmək istəyirlər. Amma onların iyrənc, qeyri-insani davranışları Azərbaycan əsgərini düşmən qarşısında daha da mətinləşdirir. Erməni tərəfi bu cür qeyri-insanı davranəşlarını öldürülən əsgərlərimizə qarşı əvvəllər də ediblər. Xatırlayırsınızsa Milli Qəhrəmanımız Mübariz İbrahimovu nəşinə qarşı da bənzər hərəkətlər edilmişdi. Hətta bunlar o qədər insanlıqdan uzaqdırlar ki, öldürülmüş bir əsgəri əllərini belə bağlamışdılar. Amma ötən ilin aprel ayında ordumuzun döyüş meydanında qazandığı uğurlar onu göstərdi ki, düşmənin bu cür qeyri-insani davranışları əsgərlərimizn döyüş ruhunu daha da artırır”.

Oxundu: 218

© 2017 - NSPSOLUTIONS