Pakistandakı silsilə partlayışlarda xeyli sayda insane həlak olub

İnsanlar tərəfindən məskunlaşdırılacaq Marsın yeni sirləri

Yeni aviareyslər açılır: Bakıdan 29 avroya İstanbula və Moskvaya uçmaq olacaq

şənbə, 24 iyun 2017
TR EN RU

Menu

şənbə, 24 iyun 2017

GÜNDƏM

Sabaha olan hava proqnozu açıqlandı

12.01.2017 12:38

Bakı və Abşeron yarımadasında yanvarın 13-də buludlu hava şəraiti üstünlük təşkil edəcək. Bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Cənub küləyi günün ikinci yarısında mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq, axşama doğru arabir güclənəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, havanın temperaturunun gecə 2-4° isti, gündüz 8-11° isti, Bakıda gecə 2-4° isti, gündüz 8-10° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət 85-95 % təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman, bəzi şimal və şərq rayonlarında isə yağıntılı olacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-7° isti olacağı gözlənilir.

Oxundu: 124

© 2017 - NSPSOLUTIONS