Öz sahiblərini yeyən heyvanlar FOTO XƏBƏR

Bir gün ABŞ-ın Oreqon ştatının sakini, donuz fermasının sahibi Terri Vens Qarner yoxa çıxır. Polis fermanın hər yerinə baxır, amma ferma sahibini tapa bilmir. Daha sonra kriminalistlər donuzların saxlandığı yerə nəzər yetirdik də Terrinin qol saatını və eynəyini tapıblar. Aparılan araşdırmalar nəticəsində fermerin öz donuzları tərəfindən yeyildiyi ortaya çıxıb. Ehtimallara görə, fermer axşam saatlarında donuzlara yem verərkən infarkt keçirib və yem üçün nəzərdə tutulan qabın içərisinə düşüb. Sahiblərini yem olduğunu düşünən donuzlar da onu yeyiblər.

Cənubi Afrika Respublikasında bir begemot uzun illər onun qayğısına qalan sahibini öldürüb. Marius Els "Hamfri" adlı begemotdan əlavə daha 20 ekzotik heyvan saxlayırdı. Ancaq "Hamfri"yə qarşı xüsusi məhəbbəti var idi. O hətta begemotu əli ilə bəsləyir, onunla gəzintiyə çıxırdı. Hələ də, begemotun niyə Mariusa hücum etdiyi bəlli deyil. Onun cəsədi fermanın ərazisindən keçən çayın dibindən tapılır. Mariusun cəsədi parçalanmış vəziyyətdə sudan çıxarılır.

2015-ci ildə ABŞ-ın Arkanzas ştatında "hepatit C"dən əziyyət çəkən bir qadın yoxa çıxır. Qadının nə özünü, nə də meyitini tapmaq mümkün olur. Qadının 50 iti olub. Kriminalistlər araşdırma nəticəsində qadının uzun müddət ac qalan itlər tərəfindən yeyildiyi ortaya çıxıb. Ancaq qadının ölüm səbəbinin bu olmadığı, onun xəstəlikdən vəfat etdiyi bildirilir. Belə ki, heyvanlar sahibinin cəsədini yeyiblər.

ABŞ-ın Minnesota ştatında heyvanların hüquqlarını müdafiə edən Sintiya Li Gembl pələng tərəfindən öldürülüb. Hadisə qadının pələngin qəfəsinə girdiyi zaman baş verib. Qəfəsin qapısı qəflətən bağlanıb, pələng təşvişə düşən qadının üzərinə hücum edib. Qeyd edək ki, Sintiya Li Gembl nəsli kəsilməkdə olan vəhşi pişiklərin müdafiəsi ilə məşğul olub.

1996-cı ildə Nyu-York sakini Qrant Uilyams mənzilində ölü tapılıb. Onu evində saxladığı piton ilanı boğub. Qrant qəfəsdən çıxardığı ilana diri toyuq vermək istəyib. Ancaq ilan toyuq yerinə onu ovlamayıb.

DİGƏR XƏBƏRLƏR

Top