Sığorta bazarında yığımlar azalıb, ödənişlər artıb

Azərbaycanda şəhər yerlərində kişilər daha çox ölür - RƏSMİ

"Avtomobillər kəskin bahalaşsa da yay aylarında yenidən ucuzlaşacaq"

Cümə axşamı, 27 aprel 2017
TR EN RU

Menu

Cümə axşamı, 27 aprel 2017

İQTİSADİYYAT

Gəncədə sosial qanunvericilik müzakirə edilib

12.01.2017 11:57

Gəncə şəhərində 10 yanvar 2017-ci il tarixində “Sosial qanunvericiliyin izahatı və məlumatlandırma” mövzusunda tədbir təşkil edilmişdir. İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) "Yeniavaz.com"a verilən məlumatda bildirilir ki, təlimdə Gəncə şəhəri icra hakimiyyətinin, Nizami və Kəpəz rayon bələdiyyələrinin, DSMF-nin nümayəndələri, Ombudsman Aparatı Gəncə regional mərkəzinin nümayəndəsi və eyni zamanda maraqlı tərəf olan sakinlər iştirak etmişdir. Layihənin regional əlaqələndiricisi Aynur Əliyeva layihənin məqsədi barədə məlumat verdi. "Qanuvericiliyin izahı və məlumatlandırma" mövzusunda Ombudsman Aparatı Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov təqdimat etdi. Təlimdə ünvanlı sosial yardım ilə bağlı çoxsaylı suallar verildi. Qaldırılan sualları hüquqşünas Səbuhi Abbasov və DSMF-nin mütəxəssisi Vüsal Hacıyev və ekspert Rövşən Novruzov cavablandırdı. VEMTAS sisteminə sənədin yüklənməsi ilıə bağlı konkret olaraq Əhmədova Flora Aydın qızının sənədinin üzərində, həmin sənədə imtina verilməsinin səbəbləri müzakirə olundu. Layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilir və Birləşmiş Millətlər Təşkilatı İnkişaf Proqramı tərəfindən idarə edilir. İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) sözügedən layihənin icraçısıdır.

Oxundu: 121

© 2017 - NSPSOLUTIONS