"BakuBus"ın toqquşma anının videosuna baxanda bir daha əmin oldum ki..."

Yanvarın 9-da Bakının Binəqədi rayonunun C. Xəndan küçəsində "BakuBus"a məxsus 6 saylı marşrut avtobusu ilə vətəndaşa məxsus avtomobilin toqquşması nəticəsində baş vermiş yol qəzası bir müddətdir müzakirə mövzusudur. Bəzi saytlar öz xəbərlərində bir xanımın ölümü ilə nəticələnən bu qəzanın baş verməsində "BakuBus"ın sürücüsünü ittiham ediblər. Lakin "BakuBus"ın mətbuat xidməti məlumat yayaraq ittihamları təkzib edib.

Yeniavaz.com saytı xəbər verir ki, nəqliyyat eksperti Ərşad Hüseynov da məsələyə münasibət bildirib: "Texnologiyalardan istifadə çox gözəl və faydalıdır. "BakuBus"a məxsus avtobusların gözəlliyi ondadır ki, onlar tam 360 dərəcə ətrafı, habelə tam olaraq salonu qeydə alan videokameralarla təchiz olunub. Ona görə də onların düşdüyü qəzalara hüquqi qiymət vermək çox asandır. Bir neçə dəfə bu avtobusların düşdüyü cinayət xarakterli hadisələri şəxsən mən də incələmişəm. Sürücüləri öz intizamlılığına görə digər avtobus sürücülərindən ciddi sürətdə fərqlənirlər. Son günlərin ən ağır qəzalarından birinin görüntüləri olan həmin videoya baxanda buna bir daha əmin oldum. Allah qəzada həyatını itirən xanıma rəhmət eləsin, yaxınlarına səbr versin. Videoda qəzanın necə baş verdiyi çox aydın əks olunub, hətta şərhə də yer qalmır".

Nicat

DİGƏR XƏBƏRLƏR

Top