Türkiyə Parlamentində əlbəyaxa döyüş VİDEO

Türkiyə Böyük Millət Məclisində (TBMM) deputatlar arasında dava düşüb. "Yeniavaz.com" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Cümhuriyyət Xalq Partiyası (CHP) və Ədalət və İnkişaf Partiyası (AKP) millət vəkilləri arasındakı davadan parlament kürsüsü də zərər görüb.

Məlumat üçün deyək ki, dünən axşamdan gecə saatlarınadək TBMM iclasında Konstitutsiyaya dəyişiklik təklifi müzakirə olunub. CHP millət vəkilləri təklif olunan bəzi maddələrə qarşı olublar. Müxalif vəkillər kürsüyə çıxaraq buna etiraz ediblər. AKP vəkilləri isə onları kürsüdən uzaqlaşdırmağa çalışıblar.

AKP millət vəkillərinin cəhdi nəticəsiz qaldıqda mübahisə əlbəyaxa döyüşə çevrilib.

TBMM

DİGƏR XƏBƏRLƏR

Top