Daxmalarda yaşayan məcburi köçkünlər...

Tramp etirazlara cavab verdi

"Yoxsa kimlərsə yenə qaz vurub, qazan dolduracaq, iqtisadiyyata isə faydası dəyməcəyək"

Bazar ertəsi, 23 yanvar 2017

Menu

Bazar ertəsi, 23 yanvar 2017

QARA QUTU

Cəsarətli prezidentlər: Linkoln faciəsi

11.01.2017 20:01

ABŞ-ın siyasi həyatında Vaşinqton tərəfindən qoyulan yazılmamış ənənə - mühafizəsiz gəzmək ondan sonra ölkəni idarə edənlər üçün sanki qanuna çevrilmişdi. 1841-1845-ci illərdə ABŞ-ı idarə edən Con Tayler də az qala bu ənənənin qurbanlarından birinə çevriləcəkdi. 1842-ci ildə Tayler Ağ Evin qarşısındakı çəmənlikdə gəzirdi. Bu zaman yoldan keçən bir sərxoş gözlənilmədən onu daşa basdı. Taylerə bir neçə daş dəydi və o, yüngülvari yaralandı. Yalnız bundan sonra Konqres prezidentin mühafizəsi barədə düşünməyə başladı. Bu məqsədlə Konqres xususi təlim keçən 15 nəfərdən ibarət mühafizə xidmətinin yaradılmasına maliyyə vəsaiti ayırdı. Amma ABŞ prezidentləri yenə də mühafizəsiz gəzməkdə davam edirdilər. Yalnız Avraam Linkolnun prezidentliyi dövründə 15 nəfərlik mühafizə alayının xidmətindən istifadə edilməyə başlandı. Buna da səbəb ölkədə başlayan vətəndaş müharibəsi oldu. Xatırladaq ki, həmin dövrdə ABŞ-ın cənubunda yerləşən ştatları ölkədən ayırmaq istəyirdilər. Vətəndaş müharibəsi ərəfəsində prezident Linkoln inauqurasiya mərasimi keçirmək istəyirdi. Bu məqsədlə o, anadan olduğu İllinoys ştatından xüsusi qatarla Vaşinqtona gəlmək niyyətində idi. Cənubun şimaldan ayrılması barədə çoxdan planlar hazırlayan xüsusi mərkəz yolda Linkolna qarşı sui-qəsd həyata keçirmək qərarına gəldi. Linkolnun mindiyi qatar partladılmalı idi. Bu barədə gedən söz-söhbət dəmiryolu naziri Semuel Feltona qədər gedib çıxdı. Felton dərhal məsələnin araşdırılması üçün Çikaqo xəfiyyə bürosunun rəhbəri, məşhur agent Allan Pinkertona müraciət etdi. Pinkerton tabeçiliyndə olan casusları məsələni araşdırmaq üçün dərhal səfərbər etdi. Özü isə xüsusi qatarla Baltimor şəhərinə gəldi. Onu da deyək ki, Pinkerton cənubdakı üsyankar dəstənin tərkibinə Timoti Vebster adlı agentini də yeridə bilmişdi. Vebster Pinkertona məlumat verdi ki, cənublular prezidentin qatarını partlatmaq barədə plan çızmışlar. Lakin sonra onlar bu planı yenisi ilə əvəz etdilər. Belə ki, onlar qatar partladılarkən Linkolnun sağ qala bilməsindən ehtiyat edirdilər. Ona görə də son anda sui-qəsdçilər planı dəyişdilər. Yeni plana əsasən, qatar Baltimor vağzalında dayanarkən, fürsətdən istifadə edərək qəsdçilər prezidenti güllələməli idilər. Pinkerton bu barədə Feltona dərhal məlumat verdi. Bundan sonra prezidentin qatarı təcili şəkildə Filadelfiyada dayandırıldı və marşrut dəyişdirildi. Linkoln məsələdən agah olanda çox təsirləndi və Pinkertona cənubluların kəşfiyyatı ilə mübarizə məqsədilə yaradılan şöbəyə rəhbəlik etməyi tapşırdı. Lakin general Makklellan Pinkertonu inandıra bildi ki, onun düşmən arxasında kəşfiyyat məlumatları toplaması daha məqsədəuyğundur. Doğrudan da, Pinkerton düşmən arxasında olduqca faydalı fəaliyyət göstərdi. Sonralar Pinkerton Linkolnun faciəli şəkildə həlak olmasına ömrünün sonuna kimi təəssüf edirdi. O, tez-tez təkrar edirdi ki, əgər Linkoln etibarlı şəkildə qorunsaydı, ona qarşı sui-qəsd həyata keçirmək mümkün olmazdı. Onu da deyək ki, Linkolnu, əsasən, hərbçilər qoruyurdular və onlar prezidentdən kifayət qədər aralı gəzirdilər. Nəticədə, bu, Linkolnun faciəli ölümünə gətirib çıxardı.1865-ci il aprel ayının14-də, gözlənilmədən teatra getmək fikrinə düşən Linkolnu yalnız Con Parker adlı bir nəfər polis müşayiət edirdi. O, teatrda özünü cangüdəndən daha çox təlxək kimi aparırdı. Parkerə prezident əyləşən lojanın qapısının arxasında dayanmaq tapşırılmışdı. Mühafizəçi qapının arxasında bir az dayandıqdan sonra darıxdı və zala keçərək tamaşaya baxmağa başladı. Sonra isə oranı tərk edərək qonşu salona keçdi. Nəticədə, aktyor sui-qəsdçi Con Uilks But asanlıqla prezidentin əyləşdiyi lojaya keçdi və onun başına atəş açdı. Linkoln bu atəşdən yerindəcə can verdi. Amma sui-qəsdçini yaxaladılar. Elə həmin gün Butun dostu dövlət katibi Uilyam Syuardın evinə soxuldu və ona, həmçinin oğluna bıçaqla zərbələr endirdi. Sui-qəsdçilər, həmçinin Şimalın silahlı qüvvələrinin komandanı general Qrantı da öldürmək istəyirdilər. Amma bu sui-qəsd baş tutmadı. Linkolnun öldürülməsindən sonrakı 20 il ABŞ-da terror illəri kimi yadda qaldı. Ölkədə, demək olar ki, hər gün partlayış səsləri eşidilirdi. Bu müddət ərzində 24 nəfər tanınmış siyasətçi terrorun qurbanı oldu. Bütün bunlar da prezidentin xüsusi mühafizə dəstəsi yaradılması üçün Konqresi qəti addımlar atmağa məcbur edə bilmədi. Əksinə, Vətəndaş müharibəsi başa çatan kimi Ağ Evi qoruyan hərbçilər də oranı tərk etdilər. O dövrdə Ağ Evi qorumaq vur-tut üç nəfər polisə tapşırılmışdı və necə deyərlər ABŞ idarə edən prezidentlər həmin dövrdə ölümlərindən qorxmayaraq demək olar mühafizəsiz gəzməkdə davam edirdilər.

Əziz Mustafa

Oxundu: 50

© 2017 - NSPSOLUTIONS