Pakistandakı silsilə partlayışlarda xeyli sayda insane həlak olub

İnsanlar tərəfindən məskunlaşdırılacaq Marsın yeni sirləri

Yeni aviareyslər açılır: Bakıdan 29 avroya İstanbula və Moskvaya uçmaq olacaq

şənbə, 24 iyun 2017
TR EN RU

Menu

şənbə, 24 iyun 2017

İQTİSADİYYAT

"Büdcədənkənar fondların fəaliyyəti ciddi nəzarət altında olmalıdır"

11.01.2017 17:36

Son vaxtlar əksər tanınmış ekspertlər büdcədənkənar fondların fəaliyyətini tənqid edərək onların dövlət büdcəsinə daxil olacaq gəlirlərə müxtəlif yollarla şərik çıxdığını vurğulayırlar. Bu baxımdan belə bir fikir vurğulanır ki, vergi, gömrük, yol polisi və digər büdcədənkənar fondlar yalnız öz maraqlarını güdür və dövlət büdcəsinə daxil olan gəlirlərdən belə demək mümkünsə öz "paylarını" alırlar. Üstəlik dövlət büdcəsi kiçildikcə büdcədənkənar fondların maliyyə imkanları daha da artmaqda davam edir. Bəs belə bir vəziyyətdə büdcədənkənar fondların fəaliyyətinə ehtiyac varmı? Məsələ ilə bağlı "Yeniavaz.com"un sualına cavabında millət vəkili Vahid Əhmədov büdcədənkənar fondların fəaliyyətinin müvafiq qanunla tənzimləndiyini vurğuladı. Onun sözlərinə görə, büdcədənkənar fondların fəaliyyəti Hesablama Palatası tərəfindən müntəzəm olaraq yoxlanılır. Vahid Əhmədov: "Təkcə Azərbaycanda deyil, dünyanın hər yerində büdcədənkənar fondlar fəaliyyət göstərir. Onların fəaliyyəti büdcəyə daha çox gəlirlərin daxil olmasını təmin etməkdir. Azəbaycanda fəaliyyət göstərən müxtəlif büdcədənkənar fondların fəaliyyəti də beynəlxalq təcrübəyə əsaslanır. Buna paralel olaraq büdcədənkənar fondların fəaliyyəti Hesablama Palatasının nəzarəti altındadır. Əgər onların fəaliyyətində hər hansı qanun pozuntusu olarsa, dərhal da bu barədə təbii ki, müvafiq tədbirlər həyata keçiriləcək. Bununla belə hesab edirəm ki, büdcədənkənar fondların fəaliyyəti daim ciddi nəzarət altında olmalıdır və onların öz imkanlarından sui-istfadə cəhdlərinə baş vurmalarına imkan verilməməlidir",-dedi.

Əziz Mustafa

Oxundu: 135

© 2017 - NSPSOLUTIONS