"Rusiya türk pomidorlarını Azərbaycandan alır" İDDİA

Lənkəranda baş həkimin evinə basqın edilib: Ölən var

Azərbaycanda nağd maaş verilməsi qadağan edildi

bazar, 26 mart 2017

Menu

bazar, 26 mart 2017

İNCƏ SƏNƏT

Şirməmməd müəllimin üstünlük verdiyi kənd müəlliminin oğlu

11.01.2017 17:13

Çağdaş Azərbaycan mətbuatında öz imzası və şəxsiyyəti ilə seçilən jurnalistlərdən biri də qlobal media üzrə ekspert, "Xalq qəzeti"nin şöbə müdiri, Əməkdar mədəniyyət işçisi Məsaim Abdullayevdir. Bu günlərdə 60 yaşını qeyd etmiş Məsaim Quba rayonunun Birinci Nügədi kəndində ana dili və ədəbiyyatdan dərs deyən Hacıxan müəllimin ailəsinin yeddi övladının ilki olaraq dünyaya gəlib.

... Hacıxan müəllim oğlu Müzamilin həyət-baca işlərində ona kömək etməsinə qıymazdı, amma 13-14 yaşlı oğlunu həmin gün hansı səbəbdənsə abunə olduğu qəzet və jurnalları gətirib çıxarmayan poçtalyonun kəndin yuxarı başındakı evinə göndərməkdən vaz keçməsdi. Hacıxan müəllim təzə qəzetləri alan kimi onları dərhal bir-bir gözdən keçirər, sonra maraqlı hesab etdiyi məqalələri diqqətlə oxuyardı. Bu prosesə göz qoyan Məsaim tezliklə atası kimi qəzet fanatına çevrilərək əlinə keçən bütün qəzet və jurnalları həvəslə mütaliə etməyə başladı. Sonra da tez-tez rayon və respublika qəzetlərinə xəbərlər, yazılar göndərməyə başladı. İlk yazısı dərc olunanda dünya qədər sevindi.

1973-cü ildə orta məktəbi bitirən Məsaim Abdullayev sənədlərini Bakı Dövlət Universiteninin jurnalistika fakültəsinin əyani şöbəsinə verdi. O illərdə jurnalistika fakültəsinə qəbul imtahanlarında keçid balı çox yüksək idi. Lakin Məsaim elə birinci cəhddən bu çətin sınaqdan uğurla çıxdı. Və üzərində daha səylə çalışmağa başladı. Adi kənd müəlliminin oğlu Məsaim 2-ci kursu bitirəndə fakültənin Cəfər Cabbarlı adlı təqaüdünə layiq görüldü. Bu təqaüdə daha iki professor övladı da iddiaçı idi. İnsaf naminə onlar da yaxşı oxuyurdular. Lakin fakültənin o vaxtkı dekanı, professor Şirməmməd Hüseynov üstünlüyü "kənd müəlliminin oğluna" vermişdi.

Bir il sonra isə onu təhsilini davam etdirmək üçün M. V. Lomonosov adına Moskva Dövlət Universitetinə göndərdilər. O, bu elm ocağını fərqlənmə diplomu ilə bitirdi. Bakıya qayıdandan sonra təyinatını Azərbaycan KP MK-nın orqanı olan "Bakinski raboçi" qəzetinə verdilər. Əvvəlcə qəzetin kənd təsərrüfatı şöbəsində ədəbi işçisi, bir müddət sonra isə Mil-Araz zonası üzrə xüsusi müxbiri vəzifəsində çalışdı.

Redaktor etiraz etmədi

1980-cı illərin sonlarında ermənilər Dağlıq Qarabağda Kremlin gizli razılığı ilə separatçılıq prosesinə rəvac verdikdə Məsaim qəzetin baş redaktoru Gennadi Qluşkova müraciət edərək Beyləqanda yerləşən müxbir postunun Cəbrayıla köçürməyə icazə verməsini xahiş etdi. Təcrübəli redaktor Qarabağa daha yaxın olmağı arzulayan bölgə müxbirinin arqumentinə etiraz etmədi. "Bakinski raboçi" qəzetinin bölgə müxbiri təkcə Cəbrayılda, eləcə də Dağlıq Qarabağla və Ermənistanla digər həmsərhəd rayonlarımız - Füzuli, Zəngilan, Laçın və Qubadlı rayonlarında da baş verən hadisələri daha yaxından izləyir, erməni quldurlarının törətdikləri vəhşilkilər barədə qəzetə operativ reportajlar göndərirdi. Milis kapitanı Zahid Əhmədov, Memarlıq və İnşaat Universitetinin tələbəsi Fuad Əsədov, Milli Qəhrəman 15 yaşlı partizan məktəbli "Tiqana" (əsl adı Samir Əliyev idi), Milli Qəhrəman Kazım Məmmədov və başqa cəbrayıllı şəhidlər barədə ilk zarisovka və oçerkləri məhz o qələmə alıb.

1993-cü ilin avqustun 23-də Cəbrayıl və Füzuli rayonları işğal olundu. Bu, onun həyatında ən ağır günlərdən biri idi. Lakin ruhdan düşmək, ümidsizliyə qapılmaq da olmazdı. M. Abdullayev artıq məcburi köçkünlərə çevrilən köhnə dost və tanışlarının, hətta ilk dəfə gördüyü çox sayda insanların qayğılarına gücü çatdığı qədər çiyin verməyə çalışdı. Dəfələrlə bu ailələrin problemləri ilə bağlı məmurların qapılarını döydü, köçkün ailələrinin hansısa bir işinə yarayanda dünya qədər sevindi.

...Məsaim 1998-ci il sentyabrın 30-da "Xalq qəzeti"nin Daxili və xarici informasiya redaksiyasının redaktoru təyin olundu və o vaxtdan 2019-cu ildə 100 yaşı tamam olacaq bu qocaman qəzetin redaksiyasında çalışır. Rus və ingilis dillərini yaxşı bildiyi üçün tez-tez maraqlı tərcümələri də qəzetin səhifələrində dərc olunur.

O, bir neçə il əsas iş yerindən ayrılmadan pedaqoji fəaliyyətlə də məşğul olub. Belə ki, bir müddət Bakı Dövlət və Bakı Avrasiya universitetlərində "Xarici ölkələrin mətbuatı tarixi" fənnindən mühazirə oxuyub. Xarici jurnalistika sahəsində ölkəmizdə dərsliklərin az olmasını nəzərə alaraq, Aida Adilqızı ilə birlikdə "ABŞ mətbuatının tarixi" kitabını yazaraq nəşr etdirib.

Bu gün dünya jurnalistikasında ciddi dəyişikliklər baş verir. Belə ki, çox sürətlə genişlənən sosial media ictimai fikrə təsir imkanlarına görə ənənəvi KİV-i üstələməyə başlayıb. M. Abdullayev hesab edir ki, indi hər bir jurnalist, hər bir ziyalı sosial şəbəkələrin yaratdığı imkanlardan istifadə edərək dünyanı Azərbaycan həqiqətləri ilə tanış etməyə borcludur.

Qvami Məhəbbətoğlu,

Qəhrəman Qasımov Əməkdar jurnalist

Oxundu: 182

© 2017 - NSPSOLUTIONS