"Əsgərimizin nəşini qaytarmaq istəməyən ermənilər pis bir ənənənin əsasını qoyurlar"

Cəbhə xəttində ermən təxribatının qarşısını alarkən şəhid olan azərbaycanlı əsgər Çingiz Qurbanovun nəşini qaytarmaq istəməyən ermənilər bununla da beynəlxalq təşkilatlatın, o cümlədən Beynəlxalq Qırmızı Xaç komitəsinin xahişinə məhəl qoymamaqda və üstəlik bunun üçün sərsəm şərt irəli sürməkdə davam edirlər. Məsələ ilə bağlı "Yeniavaz.com" açıqlama verən hərbi ekspet, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov erməni tərəfinin bununla da özlərinin vəhşi simalarını bir daha nümayiş etdirdiklərini söylədi. Onun sözlərinə görə, tarixdə ən qəddar millətlər belə düşmənlərinin öldürülmüş əsgərlərinə hörmətlə yanaşıb, bu məsələdə humanizm nümayiş etdiriblər. Üzeyir Cəfərov: "2017-ci ilin ilk günlərindən ermənilər şəhid əsgərimizin nəşini verməməklə pis bir ənənənin əsasını qoymuş oldular. Bu müharibə hələ başa çatmayıb və hər iki tərəfdən yenə cəbhə xəttində qurbanlar olmayacağına heç kim təminat verə bilməz. Vaxtı ilə cəbhə xəttində hərbçilərimiz tərəfindən vurulan erməni təyyarəçiləirnin nəşi neytral zonada qalmışdı və onu oradan rahat götürmək üçün Ermənistan bütün beynəlxalq təşkilatlara, o cümlədən Rusiya prezidentinə belə mürciət etdilər. Nəticədə hər yerdən üstümüzə tökülüb gəldilər ki, imkan verin, ermənilər neytral zonadan hərbçilərinin nəşini götürsünlər. Çox təəüssüflər olsun ki, bu gün beynəlxalq təşkilatlar ermənilərin şəhid əsgərimizə belə qeyri-insani münasibətini görmək istəmir və ölümüzə münasibətdə belə ikili standartlardan çıxış edirlər. Təbii ki, ermənilər geç-tez əsgərimizin nəşini qaytarmadıqlarına görə cavab verməli olacaqlar və buna görə atacağımız hər hansı analoji addımın məsuliyyəti də erməni tərəfinin üzərinə düşəcək",-dedi.

Əziz Mustafa

DİGƏR XƏBƏRLƏR

Top