Yanvarın 11-də bir sıra elektron kütləvi informasi vasitələrində SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədovun istintaqa cəlb olunması ilə bağlı məlumat yayılıb.
Yeniavaz.com-un SOCAR-ın saytına istinadən məlumatına görə, açıqlamada məsələyə belə münasibət bildirilib:
“Rəsmi şəkildə bildiririk ki, bu məlumat tamamilə əsassızdır. SOCAR-ın heç bir vitse-prezidenti heç bir cinayət işi üzrə istintaqa cəlb edilməyib. Bildiririk ki, həqiqətə uyğun olmayan məlumatlar yayan sayt rəhbərlərini “Kütləvi İnformasiya Vasitələri haqqında” Qanunun müddəalarına uyğun olaraq məsuliyyət daşıyırlar”.