Fransanın milli təhlükəsizliyi üçün prioroitet vəzifəsi açıqlandı

Beynəlxalq koalisiya qüvvələrinin Suriyada İŞİD terror qruplaşmasının paytaxtı hesab edilən Raqqa şəhərini tezliklə azad etməsi Paris üçün prioritetlərdən biri olaraq qalır. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Yelisey sarayının yaydığı bəyanatda deyilir. Belə ki, Yelisey sarayında Fransa Təhlükəsizlik Şurasınmın iclası keçirilib və onunla bağlı komunike yayılıb. Komunikedə bildirlir ki, Təhlükəsizlik və Müdafiə Şurası Suriyadakı vəziyyəti və Raqqanın alınmasına hazırlıq tədbirlərini nəzərdən keçirib ki, bu da Fransanın milli təhlükəsizliyi üçün prioroitet vəzifədir. Fransa prezidenti Fransua Ollandın başçılığı ilə keçirilən iclasın iştirakçıları İraq qoşunlarının Mosulda koalisiyanın dəstəyi ilə irəliləməsini məmnunluqla qarşılayıblar.

DİGƏR XƏBƏRLƏR

Top