Çinli kişilərin qazax qızlarla evlənmək istəkləri ölkədə etirazlara səbəb olub

Qazaxıstanın paytaxtı Astanada qazax qızların çinlilərlə izdivacı əleyhinə mitinq keçirilib. “Yeniavaz.com”un Lenta.ru ya istinadən verdiyi məlumata görə, mitinq iştirakçıları tanışlıq agentliyinin binası qarşısına toplaşaraq qazax qızların çinlilərlə izdivacının qadağan edilməsi barədə şüarlar səsləndiriblər. Onlar əllərində: " Kişi torpağı qoruyur, qadın isə milləti" şüarlarını tutublar. Aksiyada iştirak edənlər çinlilərə ərə getmək istəyən qazax qadınların dərhal Qazaxıstan vətəndaşlığından çıxarılmasını, bundan əlavə çinli nişanlının 50 min dollar vergi ödəməsini tələb ediblər. Mitinqə səbəb isə sosial şəbəkələrdə ildə 90 min dollar gəliri olan, rus və ingilis dillərini yaxşı bilən avropa təhsilli çinlilərin özlərinə qazax qızları axtardıqları barədə yayılan elanlar olub. Elanlardakı şərtlərə görə, çinliyə ərə getmək istəyən qazax qızların yaşı 18-40 arası olmalı, onlar əvvəllər ərə getməməli və uşaqları olmamalıdır. Çinli nişanlıların qazax qızların ardınca fevral ayında Qazaxıstana gəlməsi planlaşdırılıb. Bu isə qazaxların milli hisslərinn oyanmasına və onların etiraz aksiyasına baş vurmasına gətirib çıxarıb

DİGƏR XƏBƏRLƏR

Top