Ağstafada 3 yaşlı körpə yatdığı beşikdə yanıb

Ağstafa rayonunda 3 yaşlı körpə yanıq xəsarətləri alıb.

Daxili İşlər Nazirliyinin saytının verdiyi xəbərə görə, Ağstafa rayonunun Aşağı Göyçəli kəndində yaşayan İsa Ələkbərovun evində pərdənin qaz sobasının üstünə düşməsi nəticəsində yanğın baş verib.

Nəticədə pərdə və İ.Ələkbərovun 3 yaşlı nəvəsi Səidin yatdığı beşik yanıb.

Xəsarət alan uşaq xəstəxanaya yerləşdirilib. "Report"

DİGƏR XƏBƏRLƏR

Top