Uşaqlar arasında yoluxucu virus yayılıb - Təhlükəlidirmi?

Oğuzda 3 nəfərin öldüyü dəhşətli qəzanın görüntüləri VİDEO

“Kopenhagen” "Qarabağ"a 6-0 hesabı ilə qalib gəldiyi oyunun videosunu yaydı VİDEO

Bazar ertəsi, 21 avgust 2017
TR EN RU

Menu

Bazar ertəsi, 21 avgust 2017
EN TR RU

CƏMİYYƏT

Ötən il Azərbaycanda 460 nəfərdə bədxassəli qan xəstəlikləri aşkarlanıb

11.01.2017 11:30

Azərbaycanda qan xəstəliklərindən əziyyət çəkən insanların sayı açıqlanıb.

Səhiyyə Nazirliyinin baş hematoloqu Çingiz Əsədov bildirib ki, 2016-cı ildə B. Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutuna müraciət edən vətəndaşların sayı 12628 nəfər olub. Ötən il ilkin müraciət edənlərin sayı 4519 nəfər təşkil edib ki, bu da 2015-ci illə müqayisədə bir qədər yüksəkdir.

Ç. Əsədov deyib ki, 2015-ci ildə ilkin müraciət edənlərin sayı 4306 nəfər olub: “Hazırda müəssisədə 27523 xəstə dispanser qeydiyyatdadır. 2015-ci ildə isə bu rəqəm 23962 nəfər təşkil edib. Ümumilikdə ötən il 460 nəfərdə qanın bədxassəli xəstəlikləri aşkar olunub. Onların 327 nəfərində kəskin leykoz müəyyən edilib. 2016-cı ildə 522639 laborator müayinə aparılıb ki, bura hematoloji, sitoloji, biokimyəvi, immunoloji və molekulyar-genetik müayinələr daxildir. Ötən il Nazirlər Kabineti "2017-2021-ci illər illər üçün qanın bədxassəli xəstəlikləri ilə mübarizə üzrə Tədbirlər Proqramı"nı təsdiq edib. Bu proqram qanın bədxassəli xəstəliklərinin diaqnostikasının və müalicəsinin müasir səviyyəyə çatdırılmasına, bu xəstəlikdən əlillik və ölüm hallarının azaldılmasına yönəlib”.

Ç. Əsədov əlavə edib ki, Nazirlər Kabinetinin qərarına əsasən, nikaha daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinəsi aparılır. Onun sözlərinə görə, keçən il nikahqabağı müayinədən 143 min 694 nəfər keçib: "Nəticədə 4649 nəfərdə talassemiya daşıyıcılığı, 645 nəfərdə sifilis və 109 nəfərdə QİÇS təyin edilib. Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı 42 olub”.

Ruzbeh Məmməd

Oxundu 146

© 2017 - NSPSOLUTIONS