ABŞ siyasətçiləri Tayvan liderinə təhqiramiz hədiyyə veriblər

ABŞ senatoru Ted Kruz və Texas qubernatoru Qreq Ebbott Tayvan administrasiyasının lideri Tsay İnvenə səhvən təhqiramiz həddiyyə veriblər. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, hədiyyə saat olsa da, bu, Çində təhqiramiz hesab olunur. Hyustonda keçirilmiş görüşdə Q. Ebbott Tayvan liderinə Texas ştatının gerbi olan saat hədiyyə edib. Lakin Çin dilində “saat hədiyyə etmək” ifadəsi “sonuncu yola salmaq” ifadəsi ilə eyni cür səslənir. Saat hədiyyə etmək insan həyatını ölçmək deməkdir, bu səbəbdən belə hədiyyə təhqiramiz hesab olunur. Tayvan liderinin hədiyyəyə reaksiyası məlum deyil.

DİGƏR XƏBƏRLƏR

Top