Vahid Mustafayev: ANS yenidən fəaliyyət göstərəcək

BNA sürücülərin döyülməsindən narahatdır

DİN: Futbolçunun sərbəst buraxılması barədə yayılan məlumatlar yalandır

çərşənbə axşamı, 19 sentyabr 2017
TR EN RU

Menu

çərşənbə axşamı, 19 sentyabr 2017
EN TR RU

CƏMİYYƏT

Nurayın atası xalası ilə barışdı: "Uşaq onlarda qalacaq"

10.01.2017 19:58

Nurayın xalasıgillə barışdım. Uşaq onlarda qalacaq.

Yeniavaz.com xəbər verir ki, bunu istipress-ə Nurayın atası Əvəz Bayramzadə deyib. O bildirib ki, uşağı nə vaxt istəsə, görə bilər. "Mən özüm ailəm ilə fikirləşdim ki, belə məsləhətli olar. Həm də özüm də uşaq həkimiyəm. Həkimlər ilə razılaşdıq ki, belə məsləhətlidir. Nuray xalası ilə Qubada qalacaq. Uşağın da psixoloji problemi olmaz".

Ə.Bayramzadə əlavə etdi ki, Nuray nə vaxt istəsə ki, mənimlə qalsın o vaxtı da xalasından ayrıla bilər.

Qeyd edək ki, Əvəz Bayramzadə ötən gün istipress-ə danışaraq bildirmişdi ki, ikinci həyat yoldaşına arxalanaraq Nurayı istəyib: "Həyat yoldaşım ali savadlı müəllimədir. Öz həyat yoldaşıma arxalanıb o uşağı gətirirəm. Mən ixtisasca həkiməm və gecələr növbədə oluram. Əgər həyat yoldaşıma arxalanmasaydım, heç vaxt o uşağı tələb etməzdim. Sadəcə, görüş günləri alardım".

Oxundu 382

© 2017 - NSPSOLUTIONS