"Evə aparan beş yol" adlı sərgi açılacaq

Fevralın 23-dən 28-dək Brüsseldə "The Art Thema Gallery"də "Evə aparan beş yol" adlı sərgi açılacaq. Bu barədə məlumat Avropa Azərbaycan Cəmiyyətinin saytında yer alıb. Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar təşkil olunacaq sərgidə tanınmış fotoqraf Filip Ratmerin Azərbaycanda lentə aldığı məcburi köçkünlərin fotoşəkilləri nümayiş etdiriləcək.

Filip Ratmer əsas diqqəti insanların təsirli hekayətlərinə cəlb etmək məqsədilə bütün şəkilləri qara arxa fonda çəkib.

DİGƏR XƏBƏRLƏR

Top