FIFA-dan dünya çempionatı ilə bağlı tarixi qərar

FIFA 2026-cı ildə keçiriləcək turnirdən başlayaraq dünya çempionatının formatının 32-dən 48 yığmayadək genişləndirilməsi barədə qərar qəbul edib. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bu barədə FIFA-nın bu gün keçirilən iclasında qərar çıxarılıb. Turnirlərin final mərhələsində hər birində üç komanda olmaqla 16 qrup olacaq. Avropa 16, Afrika 9,5 (keçid oyunları keçiriləcək), Asiya 8,5, Şimali və Mərkəzi Amerika, eləcə də Cənubi Amerikanın hər biri 6,5, Okeaniya isə 1 yığma komanda ilə təmsil olunacaqlar. Hər qrupun iki ən yaxşı komandası pley-off mərhələsinə adlayacaq. Kvotanın bölüşdürülməsi üzrə yekun qərar sonra qəbul olunacaq.

DİGƏR XƏBƏRLƏR

Top