Generalın həbs olunan bacısı oğlu: “Səhlənkarlıq etməsəydim..."

Argentinada polis futbolçuları güllələdi VİDEO

ANS-in keçmiş əməkdaşının həbs olunduğu bidirilir

çərşənbə, 13 dekabr 2017
TR EN RU

Menu

çərşənbə, 13 dekabr 2017
EN TR RU

İQTİSADİYYAT

"Favorit"dən xəbərimizə reaksiya: promlemlə bağlı ciddi tədbirlər görülür

10.01.2017 14:13

07.01.2017-ci il tarixində "Yeniavaz.com"da yayımlanan "Məşhur supermarket həm müştəriləri, həm də vergi orqanlarını aldadır?" başlıqlı yazıda (http://www.yeniavaz.com/NewsContent/ZNewsContent/15807) qeyd etmişdik ki, "Favorit" supermarketlər şəbəkəsinin Binəqədi rayonu Binəqədi qəsəbəsi 2-ci mədən küçəsində fəaliyyət göstərən şöbəsində müştəriyə xarab məhsul satılıb və eyni zamanda müştərilərə verilən kassa çekinin üzərində "Favorit" sözü olmayıb. Həmçinin kassa çekində qeyd olunan VÖEN nömrəsi qaydalara uyğun olmayıb.

Yazıda qeyd olunan problemlərə "Favorit" marketlər şəbəkəsindən münasibət bildirilib.

Marketdən "Yeniavaz.com"a daxil olan açıqlamada qeyd olunur: "İstifadəsi yararlı olmayan məhsul ilə bağlı bildirək ki, məhsul vakuumda olduğuna görə hava çəkmiş və bunu market işçiləri görə bilməmişdir, məhsul istifadəyə yararsız olmuşdur. Məlumat üçün bildirək ki, məhsulun istifadə müddəti bitməmişdir. Bununla bağlı market rəhbərliyi müştəri ilə görüşmüş və üzr istəmişdir".

"Favorit" marketlər şəbəkəsindən "Yeniavaz.com"a daxil olan açıqlamada həmçinin qeyd olunur ki, kassa çekinin üzərində "Favorit market" yazısının olmaması isə texniki problemlə bağlı olub və artıq bu problem ortadan qaldırılıb.

Açıqlamada deyilir ki, yazıda qeyd etdiyiniz məsələlərin təkrarlanmaması üçün ciddi tədbirlər görülür.

Oxundu 425

© 2017 - NSPSOLUTIONS