Atatürkə bənzəyən aktyor saxlanılıb

Anar Məmmədov “Paşa Bank”a borcunu qaytardı, əmlakından həbs götürüldü

Azərbaycanda rüşvətxorluğa görə nəzərdə tutulan cəza ağırlaşdırılır

çərşənbə axşamı, 28 mart 2017

Menu

çərşənbə axşamı, 28 mart 2017

İQTİSADİYYAT

"Bank sektorunun problemlərinin həlli özbaşına buraxılıb"

09.01.2017 17:13

Son bir ildə özəl banklarla bağlı problemlərin həll edilməməsi öz növbəsində iş adamlarının kreditlər hesabına yeni istehsal sahələrini işə salması, biznes fəaliyyətlərini genişləndirməsi yolunda ciddi maneələrdən birinə çevrilib. Bəs belə bir vəziyyətdən çıxış yolu varmı? Bununla əlaqədar "Yeniavaz.com"un sualına cavabında tanınmış ekspert Qubad İbadoğlu hazırda özəl bank sektorunun ən çox problemli kreditlərin həll edilməməsindən əziyyət çəkdiklərini söylədi. Onun sözlərinə görə, manatın son iki devalvasiyası nəticəsində əmələ gələn vəziyyət bank sektorunun arzu edilən səviyyədə, yəni devalvasiyadan əvvəlki səviyyədə fəaliyyətlərini davam etdirməyə imkan vermir. Qubad İbadoğlu: "Heç kimə sirr deyil ki, ölkədə özəl sektorun inkişafı əsasən bank kreditləri hesabına həyata keçirilirdi. İş adamlarının böyük əksəriyyəti banklardan götürdükləri kreditlər hesabına müxtəlif biznes fəaliyyətlərini davam etdirir, iqtisadiyyatın çeşidli sahələrinin inkişaf etdirilməsinə sərmayələr qoyurdular. Lakin manatın son iki devalvasiyası iş adamlarının bank kreditlərindən istifadə etməsi və özəl sektorun inkişafına sərmayə qoyma imkanlarını məhdudlaşdırıb. Buna paralel olaraq devalvasiya problemli kreditlərin artmasına gətirib çıxarıb. Belə vəziyyət isə bank sektorunun fəaliyyətinə mənfi təsir göstərərək onlardan bəzilərinin bağlanmasına yol açıb. Biz bununla əlaqədar dəfələrlə qeyd etmişdik ki, özəl bankların fəaliyyətinə mane olan problemlərin həllinin dövlət səviyyəsində həll edilməsi öz növbəsində onların daha çevik siyasət yeritməsinə gətirib çıxaracaq. Necə deyərlər özəl bankların problemlərinin həlli biznes mühitinə müsbət təsir edə bilər. Amma təəssüflər olsun ki, özəl bank sektorunun problemlərinin həlli özbaşına buraxılıb. Belə hesab edirəm ki, Beynəlxalq bankın fəaliyyətini davam etdirməsi üçün ayrılan vəsait özəl bankların prorblemlərinin həllinə yönəldilməli idi. Belə olsaydı özəl bankların fəaliyyəti yolunda ciddi əngələ çevrilən problemli kreditlər həllini tapardı. Bu da öz növbəsində həm bankların, həm də iş adamlarının daha çevik siyasət yeritməsinə imkan verərək ölkə daxili iqtisadi inkişafda, yeni müəssisələrin işə düşməsində, çoxsayli iş yerlərinin açılmasında mühüm rol oynaya bilər",-dedi.

Əziz Mustafa

Oxundu: 78

© 2017 - NSPSOLUTIONS