Azərbaycanda partiya sədri oğlunu özünə müavin təyin etdi

Son 9 ayda Azərbaycanda 500-ə yaxın müəssisə bağlanıb RƏSMİ STATİSTİKA

Prezidentin köməkçisi: "Sarkisyan sözünün üstündə durmadı"

çərşənbə axşamı, 17 oktyabr 2017
TR EN RU

Menu

çərşənbə axşamı, 17 oktyabr 2017
EN TR RU

İNCƏ SƏNƏT

Tramp "Qızıl Qlobus" mükafatının verilməsi gecəsi sərt tənqid olunub

09.01.2017 11:25

74-cü "Qızıl Qlobus" mükafatlarının təqdimetmə mərasimində yeni seçilmiş prezident Donald Tramp tənqid edilib. "Yeniavaz.com" Türkiyə mətbuatına istinadən xəbər verir ki, mərasimdə aktrisa Merli Stripə "Qızıl Qlobus Cecil B. DeMille" adlı mükafat verilib. 67 yaşlı aktrisa mərasimdəki çıxışı zamanı ad çəkmədən prezident Donald Trampı seçki kampaniyasındakı açıqlamalarına görə qınayıb. Səsinin zəif çıxmasına görə üzr istəyən Strip çıxışında ABŞ-da hal-hazırda ən çox alçaldılan şeylərin Hollivud, xaricilər və mətbuat olduğunu deyib: "Bu il məni təəccübləndirən bir performans oldu. Qarmaqlarını ürəyimə batırdı. Çox yaxşı olduğu üçün deyil, təsirli olduğu üçün. O, hədəf kütləni güldürüb onlara dişlərini göstərdi. Bu, ölkəmizdəki ən hörmətli kresloya əyləşmək istəyən insanın fiziki qüsuru olan müxbiri təqlid etdiyi bir andı. Bu adam xüsusi adamdır, o fərqlidir, güclüdür və hər kəslə mübarizə apara bilər. Bunu görəndə çox üzüldüm, qəlbim qırıldı çünki, bu film deyildi, real hadisə idi".

Qeyd edək ki, Donald Tramp prezident seçkiləri kampaniyası zamanı fiziki qüsurlu "New York Times" müxbiri Serge Kovaleskini təqlid etmişdi. Bu hərəkətinə görə Tramp, xeyli tənqid olunmuşdu.

Mükafat mərasimində Tramp haqda danışan təkcə Merli Strip olmayıb. Mərasimin aparıcısı gülüş ustası Cimmi Fallon da Tramp haqda tənqidi zarafatlar edib.

Oxundu 197

© 2017 - NSPSOLUTIONS