Strateji Araşdırmalar Mərkəzindən 6000 dollar, 1500 manat apardılar - İki nəfər tutulub

Yanvarın 5-də Strateji Araşdırmalar Mərkəzində işləyən aparıcı mütəxəssislərdən birinin iş otağındakı seyfdən 1500 manat və 6000 ABŞ dolları pul oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb. Daxili İşlər Nazirliyinin saytının verdiyi məlumata görə, oğurluqda şübhəli bilinən, orada nəzarətçi işləyən Füzuli rayon sakini Rauf Kamallı və mühafizəçi - Bakı şəhər sakini Zaur Quliyev tutulub.

Faktla bağlı araşdırmalar aparılır.

DİGƏR XƏBƏRLƏR

Top