Dövlət Komitəsi: Orta məktəblərdə dinin tədrisindən söhbət gedə bilməz

Gövhər Baxşəliyeva BƏYANAT YAYIB

Türkiyənin tanınmış siyasətçisi MHP-dən istefa verib

çərşənbə axşamı, 22 avgust 2017
TR EN RU

Menu

çərşənbə axşamı, 22 avgust 2017
EN TR RU

İNCƏ SƏNƏT

Yeni ildə yazıçılarımız nə yazmağı düşünürlər? - SORĞU

06.01.2017 12:47

Yeni ildə özüm qarışıq bir çox qələm sahiblərinə uğur diləyirəm. Yarımçıq qalan və yazacaqları əsərləri bitirmələrini arzu edirəm. Bəs, görəsən, bu ildə yazıçılar necə əsərlər yazmağı düşünürlər?

Mahir Qabiloğlu: "Arzu edirəm ki, 2017-ci ildə "Göyverən Şah" adlı povest və ya romanımı başlayım və bitirim. Müxtəlif hekayə mövzuları var ki, çoxdandır kağıza köçürülməsini gözləyir - onları başa çatdırım. Bu il atam, şair Qabilin "Əsərlər" adlı 7 cildliyinin çapını da başa çatdırmaqda qərarlıyam. Tərtibçisi, redaktoru və korrektoru özüməm. Fevral ayına, yəqin ki, 3 cildi oxuculara təqdim edəcəyəm. Hər cild 520 səhifədir. Bu 7 cildə Qabilin 63 il ərzində yazdığı şeirləri, poemaları, nəsr-dram əsərləri, publisistikası daxil edilib. Demək olar ki, külliyyatıdır. Hadisələrlə zəngin gündəlik həyatımızdan bəhs edən ara-sıra publisistik yazılarım da yəqin ki, olacaq".

Azad Qaradərəli: "Yeni ildə ilk hekayəmi yazmışam artıq. Qaldı digər yazılara, mən iki hekayələr silsiləsi üzərində 2016-dan işləyirəm: biri mərhum Elçibəy haqqında hekayələrdir, bir də başqa silsilə var, anamla bağlı qısa hekayələr silsiləsidir. Onları bu il imkan olsa, davam etdirmək istəyirəm. Bir də "Ucubuluq" adlı yarımçıq romanım var, çalışacam ki, bu il onu bitirim. Bir də arada əlimi saxlayıb ürəyimə dolan ayrı-ayrı hekayələr, esselər də olur ki, onları da yaza bilsəm, demək, bu il görüləsi xeyli iş var".

Mirmehdi Ağaoğlu: "Bu il sağlıq olsun, bir neçə yarımçıq hekayələrim var, onları bitirmək istəyirəm. Bir də çoxdandır yazmaq istədyim romanı işləyəcəm. Görüm necə olur. Yəqin ki, romanı bu il bitirə bilməyəcəyəm".

Günel Natiq: "Sözün nə gətirəcəyi bəlli olmaz. Çünki sözün də bir məqamı var. Mən həmişə sözün magik gücünü hiss etmişəm. Bunun qərarını mən yox, əlahəzrət Söz verəcək. O mənə nəyi diktə edəcəksə, o da yazılacaq. Onu da deyim ki, mənim uzun yazmağa hövsələm yoxdur, fikirlərimi adətən, qısa ifadə edirəm, bir də qısa yazmaq daha çətindir, deyə düşünürəm. Hər halda nəticə özünü çox gözlətməyəcək".

Mövlud Mövlud: "Çoxlu hekayələr yazmaq istəyirəm".

Ruzbeh Məmməd

Oxundu 455

© 2017 - NSPSOLUTIONS