"Aslan"ın qapıçıları sıradan çıxıb

"Qalatasaray"ın qapıçısı Fernando Musleranın çeçələ barmağı çıxıb. "Yeniavaz.com" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu "Aslan"ın texniki heyətini narahat edib. Qeyd edək ki, bundan əvvəl komandanın ikinci qapıçısı Cenk Gönən də zədələnmişdi. Gönən sol dizindən əməliyyat edilib. 3 həftə sonra məşqlərə başlaya biləcək. Musleraya isə həkim topla məşq etməsinə icazə verməyib.

DİGƏR XƏBƏRLƏR

Top