Deputat pivə içən "molla"dan danışdı FOTO

Nazirlik: Sosial şəbəkədə təhrif olunmuş video görüntü yayılıb

İran İsrailin Qarabağ münaqişəsinin həllində iştirakının əleyhinədir

çərşənbə, 28 iyun 2017
TR EN RU

Menu

çərşənbə, 28 iyun 2017

AİLƏ-SAĞLAMLIQ

İnsan orqanizmində yeni orqan tapılıb - FOTO

05.01.2017 12:36

İnsan orqanizmində yeni orqan kəşf edilib. "Yeniavaz.com" Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Mezenter" və ya "Bağırsaq kəməri" adlandırılan bu orqan, elm adamlarının fikrinə görə, həzm sistemi və qarınla əlaqəli xəstəliklərin müalicəsində faydalı olacaq.

"Lancet" adlı qasroenteroloji jurnalda yayımlanan bir məqalədə, İrlandiyanın Limerik Xəstəxanası Universitetinin mikroskopik araşdırmasına görə, mezenter digər orqanlar kimi orqandır. Həzm sistemində olan bu orqan, onsuzda görünürdü ancaq fərqli orqan kimi ilk dəfə elmdə adı yazıldı.

Məlumat üçün qeyd edək ki, mezenter, qarın boşluğunu tutan və hər şeyi bir yerdə tutan bir orqan olaraq tərif edilir. Sinir və damarlar orqanın daxilindədir. Bu kəşflə insan orqanlarının sayı 79-a yükəslib.

Bu kəşfdən sonrakı mərhələdə mezenterin nə iş gördüyü araşdırılacaq. Alimlərin sözlərinə görə bu bütün dünya üçün əhəmiyyətlidir. Bu vaxta qədər mezenterlə bağlı tibbi elm bölməsi yox idi. Bundan sonra bu orqanın dəqiq hansı işləri gördüyü öyrəniləcək və bununla bağlı xəstəliklərdə hansı müalicə üsulları ola bilər onlar araşdırılacaq.

Oxundu: 475

© 2017 - NSPSOLUTIONS