Kim Çen Nama qarşı sui-qəsdin görüntüləri yayılıb-VİDEO

“Qəbələ” liderliyə yüksəlib: "Komandam ən yaxşı sözlərə layiqdi”

Yeni çəkiləcək yolda 120 qəlpə aşkarlandı

Bazar ertəsi, 20 fevral 2017

Menu

Bazar ertəsi, 20 fevral 2017

İDMAN

Daha bir güləşçimizdə dopinq tapılıb

05.01.2017 09:54

Azərbaycan idmanında növbəti dopinq qalmaqalı yaşanıb. Bu dəfə güləşçimiz Zubair Dibirovun qanında istifadəsi qadağan olunan dərman preparatı aşkarlanıb.

Milliləşdirilən legionerin yunan-Roma güləşi üzrə gənclər arasında keçirilən dünya çempionatındakı testi müsbət nəticə verib. Fransanın Makon şəhərindəki yarış zamanı onun orqanizmində stanozolol metabolites maddəsi aşkarlanıb. Bu səbəbdən də 74 kq çəki dərəcəsində qüvvəsini sınayan Dibirov Dünya Güləş Birliyinin qərarı ilə 4 il müddətinə cəzalanıb. Diskvalifikasiya 2016-cı il oktyabrın 5-dən qüvvəyə minib. O, 2020-ci ilin oktyabrın 4-ə kimi heç bir yarışda çıxış edə bilməyəcək.

Bundan bir qədər öncə digər güləşçimiz Vitali Rəhimovdan Pekin-2008-də götürülən analiz müsbət nəticə vermişdi və təmsilçimiz Olimpiya “gümüş”ündən məhrum edilmişdi.

Qeyd edək ki, Dibirov dünya birinciliyində 1/4 finalda mübarizəni dayandırmışdı. APA

Oxundu: 160

© 2017 - NSPSOLUTIONS