Rənglərin qərib nəğməsi

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür.

Taleyin amansız hökmü ilə dünyanın müxtəlif guşələrinə səpələnmiş azərbaycanlılar arasında rəssamlarımız da olub. Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyevin sözlərinə görə, onlardan biri xalqımızın ictimai fikir tarixində mühüm rol oynamış Əli bəy Hüseynzadədir: "Ölkəmizdə onun cəmi üç əsəri qalıb. Onlardan biri Azərbaycan Milli İncəsənət Muzeyinin ekspozisiyasında nümayiş etdirilən babası şeyxülislam Əhməd Salyaninin portretidir. Digər lövhə ancaq yaşlı nəslin xatirəsində yaşayan məşhur Bibiheybət məscidinə həsr olunub. Hazırda bu tablo da incəsənət muzeyində göstərilir. Onun 1910-cu ildə Salyanda çəkdiyi üçüncü qrafik əsərində isə agbirçək qadınla kiçik yaşlı qız uşagı təsvir olunub. Bu sənət əsəri isə görkəmli mənzərə ustası Səttar Bəhlulzadənin bacısı oglunun ailə kolleksiyasında saxlanılmaqdadır..."

"Ə.Hüseynzadə ötən yüzilliyin ilk illərində yaratdıgı bu kimi əsərləri ilə özünü XX əsr Azərbaycan rəngkarlıgının banisi oldugunu təsdiqləyib", - sözləri ilə söhbətini davam etdirən Ziyadxan müəllim daha sonra ömrünü Parisdə keçirmiş Əli bəy Hüseynzadənin yeganə oglu Məhəmmədsəlim Turandan söz açdı. Bildirdi ki, Türkiyə Rəssamlıq Akademiyasında təhsil almış Turan Avropanın müxtəlif ölkələrini gəzib, ayrı-ayrı rəssamlıq meylləri ilə yaxından tanış olub. O, sənət aləmində ovqat daşıyıcılı qrafik lövhələrin, divar rəsmlərinin, orijinal biçimli heykəllərin müəllifi kimi tanınıb.

Ziyadxan müəllimin sözlərinə görə, Naxçıvanda dünyaya göz açmış, Türkiydə qürbət həyatı yaşamış İbrahim Səfi bu qardaş ölkənin sayılan rəssamlarından olub: "Respublikamızda İbrahim Səfinin on bir işi var. Kazimir Maleviçdən dərs almış Əkbər Kazım Mugan da qürbət həyatı yaşamış rəssamlarımızdan olub. Onun çəkdiyi əsərlər yüzə qədərdir. Çoxu şəxsi kolleksiyalarda, otuza qədəri isə oglu Nuru bəydədir. 1989-cu ildə o, Bakıda olarkən əsərlərdən birini Azərbaycan Milli İncəsənət Muzeyinə bagışlayıb. Məşhur Fransa yazıçısı, milliyyətcə azərbaycanlı olan Ümbülbanu Əsədullayevanın bacısı Kübra xanım yəqin ki, mühacirətdə yaşamış yeganə qadın rəssamdır".

Daha sonra Ziyadxan müəllim rəssam Əşrəf Heybətovdan danışdı, onun otuz ildən çoxdur ki, Bakıdan ayrıldığını vurğuladı: "İllər onu əvvəl Rusiyaya, sonra isə uzaga - Almaniyaya aparıb çıxarıb. Hazırda Koblents şəhərindəki "Bakı" mədəniyyət cəmiyyətinin sədridir. Ən müxtəlif süjetlərin, o cümlədən də Qarabag mövzusunun əsərlərinin leytmotivinə çevrilməsi heç şübhəsiz onun xalqımızın çoxəsrlik tarixinə diqqətinin nəticəsidir. Bu gün onun "Azərbaycan Respublikasının əməkdar rəssamı" fəxri adını daşımasını da mühacirətdə milli təsviri sənətimizin inkişafına verdiyi töhfələri dövlətin dəyərləndirməsi kimi qəbul etmək olar".

Ziyadxan müəllimin sözlərinə görə, ömrünü mühacirətdə keçirən rəssamlarımızdan biri Araz Mirhadi olub: "Yuxarıda haqqında söz açdıgımız sənətkarlardan fərqli olaraq o, sovet rejiminin respublikamıza qırmızı bayraqlar bəxş etdiyi illərdə ölkəni tərk edib və SSRİ-nin süqutunu da uzaq ABŞ-da qarşlayıb. ADR-in yaradıcılarından olan M.Ə.Rəsulzadənin Qazaxıstanda yaşamağa məhkum olan rəssam öğlu Azər Rəsulzadənin (1920-1993) yaradıcılığı da maraq doğurandır".

Ziyadxan müəllim söhbətinin sonunda dedi: "Azərbaycan mühacirət rəssamlıgı təkcə yuxarıda haqqında qısa məlumat verdiyimiz sənətkarların yaradıcılıgı ilə məhdudlaşmır. Həm keçmiş SSRİ-nin müxtəlif respublikalarında, həm də dünyanın ayrı-ayrı ölkələrində bu gün də çoxlu sayda azərbaycanlı gözəllik aşiqi öz duygularını rənglər vasitəsilə ifadə etməkdə, Azərbaycan incəsənətini şöhrətləndirməkdədirlər".

DİGƏR XƏBƏRLƏR

Top