Daxmalarda yaşayan məcburi köçkünlər...

Tramp etirazlara cavab verdi

"Yoxsa kimlərsə yenə qaz vurub, qazan dolduracaq, iqtisadiyyata isə faydası dəyməcəyək"

Bazar ertəsi, 23 yanvar 2017

Menu

Bazar ertəsi, 23 yanvar 2017

QARA QUTU

Dünyanı şaşırdan hadisə: Klonlama

28.12.2016 18:28

1997-ci ilin fevral ayında dünyanın ən tanınmış elmi dərgilərindən olan "Natura"da çıxan bir xəbər bütün dünyanı şaşırtdı. Buna səbəb həmin yazıda Şotlandiyadan olan elm adamlarının genetikada belə demək mümkünsə inqilab edərək bir vaxtlar xəyal kimi görünən bir hadisəni reallaşdırmaları idi. Şotlandiyalı alimlər Dolli adlı bir qoyunun bioloji yolla ekizini almış və ya belə desək onun əkiz surətini çıxarmışdırlar. İngilis dilində klonlama mənasını verən canlının əkiz surətini çıxarma hadisəsi həqiqətən də dünyada genetika sahəsində bir inqilab edilməsi anlamına gəlirdi. Alimlər ilk dəfə canlıların əmələ gəlməsi prosesinə müdaxilə edərək süni yollarla heyvandan hüceyrə almış və sonra da xüsusi şəraitdə onun əkizinin surətini (klonlama) çıxara bilmişdilər. Bu elmi inqialb dünyada birmənalı qarşılanmadı. Çünki yeni kəşf vaxtı ilə dünyada qəddarlığı ilə səs salan dikatatorların əkizlərinin surətinin çıxarılmasına imkan verə bilərdi. Lakin müəyyən qrup elm adamları bunu inkar edərək yeni surəti çıxarılmış canlının heç də həmin oxşarını təkrarlamayacağı qənaətində olduqlarını bildiridlər. Çünki hər hansı dahinin və dikatatorun meydana çıxmasında onun yaşadığı mühit önəmli rol oynayır. Amma bu məsələyə münasibətdə hansı rəylərin ortada olub olmamasından asılı olmayaraq canlının surətinin çıxarılması hər halda genetika sahəsində inqilab hesab edilir. Ona görə də hazırda bu məsələyə daha təmkinili münasibət göstərilir. Mövzudan uzaqlaşmadan qeyd edək ki, canlıların əkiz surətinin çıxarılması ilə bağlı ilk dəfə 1995-ci ildə Şotlandiyanın Edinburq şəhərindəki Roslin İnstitundakı bir qrup alim ciddi şəkildə məşğul olmağa başlamışdı. Bir il sonra onlar axtarışları bəhrə verdi. Onlar canlının hüceyresindən istifadə edərək labarotoriya şəraitində onu inkişaf etdirərək ilk canlının surətini klonlamağa (surətini çıxarmağa) nail oldular .Bu təcrübələr nəticəsində 1996-cı il iyun ayının-5-də Doll adı verilən və genetik baxımdan anasını xatırladan qoyun dünyaya gəldi. Bu barədə məlumat mətbuata açıqlananda isə dünya şoka düşmüşdü. Bir müddət istər mətbuatın, istər elm adamlarının, istərsə də siyasətçilərin diqqət mərkəzində olan bu hadisə bəşəriyyətin yeni genetik inkişaf mərhələsinə qədəm qoyduğunu göstərirdi. Əslində yeni kəşf həm də bir sıra xəstəliklərin müalicəsinə imkan verib və onun inkişaf imkanları olduqca sonsuz hesab edilir. Xüsusi ilə Alzheimer (yaddaşın zəifləməsi) və Parkinson xəstəliyinin müalicəsində bu kəşf əvəzsiz hesab edilir. 2003-cü il fevral ayının 14-də Roslin İnstitunda Dollinin həyatana son verilməsi qərara alındı. Bu da əsassız deyildi. Dolli ağciyərindən əziyyət çəkirdi və anadan olduğu gündən xəstə idi. Dollinin ölümü isə guya canlının kopyalanması ilə bağlı genetik kəşfin özünü təsdiq etmədiyi və bununla bağlı harada isə səhv buraxıldığı barədə çoxlu sayda ehtimalların ortaya çıxmasına səbəb oldu. Lakin Dollini genetik yolla dünyaya gətirənlər onun ölümünü və uzun müdddət xəstə olmasının səbəblərini araşdırdılar. Araşdırmalar zamanı məlum oldu ki, Dollinin DNA-sı onun vücudundan daha yaşlı olub. Alimlər bununla da sübut etdilər ki, Dollinin ölümünə və xəstəliyinə səbəb genetik materialın yaşlı heyvandan götürülməsidir və əslində o daha tez ölə bilərdi. Çünki qeyd edildiyi kimi Dollinin yaşı az olsa da onun DNA-sı daha yaşlı idi. Surətçıxarma sahəsində aparılan tədiqatlar 2005-ci ildə yeni bir kəşflə müşayiət olundu. Cənubi Koreyadan olan genetoloqlar kiçik hüceyrlərinin surətini çıxarmağa nail oldular. Bu kəşf insanın sıradan çıxmış bədən orqanını əvəz edəcək analoji orqan yetişdirməyə imkan verdi. Beləliklə bəşəriyyət kosmosun fəthindən sonra genetik sahədə yeni bir təkamül, inkişaf yoluna qədəm qoyub və genetika sahəsində son kəşflər insanın özünü dərk etməsi yolunda atılan böyük addımların başlanğıcı hesab edilir. Təsadüfi deyil ki, artıq alimlər əbədi cavan qalmanın sirrlərini araşdırırlar. Hazırda qocalmaya səbəb olan bəzi genetik amillərə aydunlıq gətirilib. Necə deyərlər yaxın gələcəkdə genetik sahədə daha böyük uğurlara nail olunacağı gözlənilir. Müqəddəs kitabların birində deyildiyi kimi, insanın özünü, yaradılış sirrini azacıq da olsa dərk etməsi bəşəri inkişafa yeni bir təkan verəcək.

Əziz Mustafa

Oxundu: 70

© 2017 - NSPSOLUTIONS