Hansı ölkənin nə qədər nefti var? - İNFOQRAFİKA

Dünyada təsdiq olunan neft ehtiyatlarının həcmi 1 trilyon 492,7 milyard barel təşkil edir. "Yeniavaz.com" xəbər verir ki, bu barədə məlumat Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC - The Organization of the Petroleum Exporting Countries) açıqladığı sonuncu hesabatda yer alıb. Hesabatda qeyd olunur ki, ümumi ehtiyatların təxminən yarısı - 1 trilyon 211,4 milyard bareli OPEC -ə daxil olan dövlətlərin payına düşür. Ehtiyatların 10,1 milyard bareli Qərbi Avropada, 119,8 milyard bareli isə keçmiş sovet ölkələrində cəmlənib. Bunlardan başqa Cənubi Amerikada 40,5 milyard barel, Latın Amerikası ölkələrində 342,7 milyard barel, Yaxın Şərqdə 802,8 milyard barel, Afrikada 128 milyard barel, Asiya və Psifik ölkələrində isə 48,6 milyard barel neft ehtiyatının olduğu bildirilir.

Azərbaycan neft ehtiyatlarının həcminə görə dünyada 19-cu sırada qərarlaşıb

OPEC-in məlumatında göstərilir ki, neft ehtiyatlarının həcminə görə, Venesuela dünyada liderdir. Bu ölkənin təsdiq edilən neft ehtiyatlarının həcmi 300,8 milyard bareldən artıqdır. Dünyadakı ümumi neft ehtiyatlarının 20,1%-i bu ölkənin payına düşür. İkinci yerdə 266,4 milyard barellə (ümumi ehtiyatların 17,8%-i) Saudiyyə Ərəbistanı gəlir. Dünya sıralamasında növbəti yerləri İran (158 milyard barel), İraq (142 milyard barel) və Küveyt (101,5 milyard barel) tutur. Birləşmiş Ərəb Əmirliklərinin neft ehtiyatları 97,8 milyard barelə, Rusiyanın ehtiyatları isə 80 milyard barelə bərabərdir. Növbəti yerlərədə 48,3 milyard barellə Liviya, 37 milyard barellə Nigeriya, 36,4 milyard barellə ABŞ, 30 milyard barellə Qazaxıstan, 25,2 milyard barellə Qətər və 25,1 milyard barellə Çin gəlir. OPEC-in hesabatında Azərbaycanın neft ehtiyatlarını 7 milyard barel həcmində dəyərləndirib. Bu nəticə ilə Azərbaycan neft ehtiyatlarının həcminə görə dünyada 19-cu sırada qərarlaşıb. OPEC-in hesabatına əsasən dünyadakı ümumi neft ehtiyatlarının 0,47%-i Azərbaycanın payına düşür. Ən az neft ehtiyatları Belarus və Ukraynanın payına düşüb. Bu ölkələrin təsdiq olunan neft ehtiyatların həcmi müvafiq olaraq 198 milyon və 395 milyon barelə bərabərdir.

DİGƏR XƏBƏRLƏR

Top