“Mingəçevir "İstək" Liseyi Daxili Debat Turniri”nin final mərhələsi keçirilib

Mingəçevir Şəhər Gənclər və İdman İdarəsi, Mingəçevir Regional Debat Mərkəzi, Mingəçevir "İstək" liseyi və Mingəçevir Gənclər Evinin təşkilatçılığı ilə keçirilən debat turniri başa çatıb. Mingəçevir “İstək” liseyi şagirdləri arasında keçirilən turnirin ilk günündə 10 komanda olmaqla 30 spiker debat raundlarında iştirak ediblər. Finala qədər olan mərhələlərin keçirildiyi ilk gündə daha uğurla çıxış edən "Mat" və "Sə 1" komandaları finala vəsiqə qazanıb. “Final Mükafatlandırma və Bağlanış Mərasimi” Mingəçevir Gənclər Evində baş tutub. Mingəçevir Regional Debat Mərkəzinin hakimlər heyəti tərəfindən idarə olunan final oyununda daha uğurla çıxış edən “Mat” komandası “Mingəçevir İstək Liseyi Daxili Debat Turniri”nin qalibi olub.Tədbirdə çıxış edənlər- Mingəçevir “İstək” liseyinin müdiri Fəqan Əhmədov, Mingəçevir Şəhər Gənclər və İdman İdarəsinin rəis müavini Sahil Hüseynov və Mingəçevir Regional Debat Mərkəzinin sədri Etiram Sadıqzadə bu kimi debatların keçirilməsinin gənclərin həyatında müstəsna rol oynamasını, gənclərdə araşdırma və natiqlik qabiliyyətinin inkişafına müsbət təsir etdiyini bildiriblər. Turnirdə qalib komandaya kubok, medal, ən yaxşı 10 natiqə və bütün iştirakçılara sertifikat təqdim olunub.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top