"Kreml İrəvanı 5 rayonu boşaltmağa məcbur edəcək" iddiaları yalandır

"Moody's" SOCAR-ın reytinqini aşağı salıb

"Yeni binalarda şirkətlər istədikləri hesablama üsulları ilə ailələrə əziyyət verirlər"

Cümə axşamı, 24 avgust 2017
TR EN RU

Menu

Cümə axşamı, 24 avgust 2017
EN TR RU

QARA QUTU

Dünyanı heyrətdə qoyan açılmamış sirlər

27.12.2016 16:45

Elm və texnikanın sürətli inkişafına baxmayaraq, günümüzdə belə Yer kürəsində açılmamış sirlər kifayət qədərdir. Onlardan bəzilərinə diqqəti cəlb etmək istəyirik.

Ələkeçməz Kuper

D. B Kuper ləqəbi ilə tanınan naməlum cinayətkar 1971-ci il noyabr ayının 24-də ABŞ-ın Portlend şəhərindən Sietlə uçan və göyərtəsində 42 sərnişin olan "Boinq 727" təyyarəsini ələ keçirdi. O təyyarədəki sərnişinləri azad etmək üçün 200 min dollar tələb edirdi. Bu məbləği alandan sonra Kuper sərnişlinləri azad etdi. Sonra isə pilotlara təyyarəni havaya qaldırmağı tələb etdi. Təyyarə havaya qalxaraq müəyyən məsafə qət etdikdən sonra Kuper paraşütlə yerə tullandı. Dərhal ABŞ Federal Təhqiqat Bürosunun əməkdaşları Kuperin tullandığı ərazini mühasirəyə aldılar. Ancaq Kuperin endiyi ərazi qarış-qarış axtarılmasına baxmayaraq cinayətkarı tapmaq mümkün olmadı. Sonra ətraf əraziləri də nəzərdən keçirməyə başladılar. Lakin Kuperin nə ölüsünə, nə də dirisinə rast gəlinmədi. Uzun-uzadı axtarışlardan sonra hadisə yerindən yalnız Kuperə verilən 200 min dolların 5800-ü aşkar edildi. ABŞ Federal Təhqiqat Bürosu belə hesab edir ki, Kuper təyyarədən paraşütlə tullanandan sonra ölüb. Lakin onun ölüsünə rast gəlinməməsi bu ehtimalı heçə çıxarmaqdadır. Bu günə kimi də Kuperin ölməsi və ya qaçaraq başqa adla yaşaması barədə məlumat yoxdur.

Atlantida

Yer kürəsinin açılmamış sirlərindən biri də əfsanəvi Atlantida ilə əlaqədardır. Atlantidanın sivil inkişafa nail olduğu, hətta orada yaşayanların uzaq planetlərə uçub getdiyi barədə çoxlu sayda rəvayətlər mövcuddur. Kosmosdan gələnlərlə müharibə nəticəsində Atlantidanın məhv olaraq dənizin dibinə getdiyi ehtimal edilir. Qədim yunan tarixçiləri Herodot, Posidon, Strabon və digərləri Atlantidanın Herkules dirəkləri adlanan ərazidən qərbdə, Atlanta dağının əks istiqamətində yerləşdiyini yazıblar. Atlantidanın eramızdan əvvəl 9500-ci ildə təbii fəlakətlər nəticəsində bir anın içində dənizin dibinə getdiyi ehtimal edilir. Amma bu günə kimi ən müasir cihazların koməyi ilə belə dənizə qərq olan Atlantidanın izinə və ya qalıqlarına rast gəlmək mümkün olmayıb. Atlantidanın axtarışı isə günümüzdə Yer kürəsinin demək olar hər yerində, əsasən dənizdə axtarılmaqda davam edir.

Naməlum siqnal

Yer kürəsi alimlərini məşğul edən sirlərdən biri də 1977-ci il avqust ayının 15-də doktor Kerri Eyman tərəfindən aşkar edilən "VOV" kosmik siqnalıdır. Həmin vaxt Kerri Eyman Oqayo ştatındakı "Böyük qulaq" adı verilən radioteleskopla kosmik siqnalların axtarışı ilə məşğul idi. Gözlənilmədən o kosmosdan gələn naməlum siqnalı aşkar etdi. Siqnal təxminən 72 saniyə davam etdi və bundan sonra bir daha təkrarlanmadı. Bu günə kimi bu sirli siqnalın mənşəyini müəyyən etmək mümkün olmayıb. Tədqiqatçıların fikrincə, siqnal naməlum planetdən göndərilib.

Taos gurultusu

Günümüzdə açılmamış sirlərdən biri də ABŞ-ın Nyu-Meksika ştatındakı Taos şəhəri yaxınlığındakı səhradan gələn qəribə gurultudur. Bu gurultu ağır texnikanın hərəkətini xatırladır. Lakin dəfələrlə ələk-vələk edilməsinə baxmayaraq gurultu gələn səhrada heç nə aşkar etmək mümkün olmayıb. Bu gurultunu daha çox yerli sakinlər eşidirlər. Ərazini tədqiq edən alimlərin də bir çoxu gurultunu eşidə biliblər. Qeyd edək edək ki, ötən əsrin əvvəllərindən başlayaraq analoji gurultular dünyanın əksər bölgələrində, o cümlədən Şimali Amerikada, Aropa və Avstraliyada daha çox özünü hiss etdirirdi. Bu gurultuya uzun müddət qulaq asanda adamlarda baş ağrısı, baş gicəllənməsi, mədə pozğunluğu, qusmalar baş verir.

Bermud üçbucağı

Dünyanın açılmamış sirləri arasında Bermud üçbucağı daha çox diqqəti cəlb edir. 4 minkavdrat kilometr ərazidə yerləşən Bermud üçbucağında 100-dən artıq gəmi, təyyarə, yaxtalar sirli şəkildə yoxa çıxıb. 1945-ci il dekabr ayının 5-də Bermud üçbucağında ABŞ-ın Fort-Loderdeyle hərbi dəniz bazasından havaya qalxan" Evencer" tipli 5 bombardmançı təyyarə yoxa çıxdı. Bu günə kimi təyyarələrin qalıqlarına rast gəlmək mümkün olmayıb.

Bermud üçbucağında baş verən sirli hadisələri alimlərin əksəriyyəti qeyri-adi hava şəraiti, maqnit anomaliyaları, nəhəng dalğalar, naməlum sivilizasiya tərəfindən qaçırılmalarla izah edirlər. Amma baş verən hadisələrin əsl mahiyyətini ortaya çıxarmaq, bu sirri açmaq hələlik tədqiqatçılara müyəssər olmayıb.

Əziz Mustafa

Oxundu 423

© 2017 - NSPSOLUTIONS