"Xalçaçılıq sənətini yaşat və təbliğ et"

Binəqədi rayon İcra Hakimiyyəti, Binəqədi rayon Gənclər və İdman İdarəsi və Azərbaycan Xalça Muzeyinin birgə təşkilatçılığı ilə Binəqədi rayon Gənclər evində "Xalçaçılıq sənətini yaşat və təbliğ et" adlı layihənin III seminarı keçirilib.

Azərbaycan Xalça Muzeyinin mətbuat katibi, layihənin koordinatoru F. Rəsul layihənin mahiyyəti və əhəmiyyəti barədə məlumat verib. O bildirib ki, layihənin məqsədi ölkəmizin bütün bölgələrində Azərbaycan xalqının sevə-sevə yaşatdığı, əsrlər boyu qoruduğu qədim sənət növü olan xalçaçılıq tarixinin öyrənilməsi, unudulmaqda olan xalça sənətinin dirçəlişi və gənc nəsillərə təbliğ olunmasıdır. Natiq qeyd edib ki, xalçalarımızın milli funksiyasını, hər bir elementinin fəlsəfəsini, səmavi mahiyyətini, eyni zamanda irsi daşıyıcımız olduğunu qabartmalı və dünyaya nümayiş etdirməliyik. Naxışlarımızda, ilmələrimizdəki bəzəyi, milli refleksə, genetik kodlarımıza çevirməliyik.

Azərbaycan Xalça Muzeyi Şuşa filialının müdiri S. Əzizova Qarabağ və Təbriz qrupuna aid olan "xalça və xalça məmulatları" haqqında geniş məruzə ilə çıxış edib, gəncləri maraqlandıran sualları cavablandırıb. Həmçinin, "Xilas olunmuş eksponatlar" adlı jurnal da gənclərə təqdim olunub.

DİGƏR XƏBƏRLƏR

Top