"Rusiya türk pomidorlarını Azərbaycandan alır" İDDİA

Lənkəranda baş həkimin evinə basqın edilib: Ölən var

Azərbaycanda nağd maaş verilməsi qadağan edildi

bazar, 26 mart 2017

Menu

bazar, 26 mart 2017

PƏNCƏRƏ

Rəsulullah Vəhyin işığında:

23.12.2016 18:05

Qurani-Kərim Onu bizə təqdim edir, biz de o təqdimatdan bəzi məqamları diqqətinizə çatdırırıq. Hər kəs baxsın, düşünsün və vicdanı istiqamətində özü üçün nəticə çıxarsın:

- Biz Səni ancaq aləmlərə rəhmət olaraq göndərdik. (Ənbiya surəsi-197)

- And olsun, sizə özünüzdən elə bir Peyğəmbər gəlmişdir ki, sizin sıxıntıya düşməniz Ona çox ağır gəlir. O, sizdən ötrü (sizin iman gətirməyiniz üçün) çox təşnədir, möminlərə şəfqətli, mərhəmətlidir. (Tövbə-128)

-Ey Peyğəmbər! Biz səni bir şahid, bir müjdəçi, bir xəbərdaredici, Allahın izni ilə Allaha çağıran və nur saçan bir qəndil olaraq göndərdik. (Əzhab 45-46)

-Həbibim! Onlara söylə: Əgər Allahı sevirsinizsə, mənə tabe olun ki, Allah da sizi sevsin. (Ali-İmran-31)

-Şübhəsiz, Allah və mələkləri Peyğəmbər Muhammədə çox səlat və salam edərlər. Ey inananlar! Siz də ona Səlatü salam gətirin və tam bir təslimiyyətlə könüldən Ona təslim olun! (Əzhab-56)

-Allah möminlərə lütf etdi. Çünki onların öz içərisindən özlərinə (Allahın) ayələrini oxuyan, onları pis əməllərdən təmizləyən, onlara kitabı (Quranı) və hikməti öyrədən bir peyğəmbər göndərdi. Həlbuki, bundan əvvəl onlar açıq-aydın zəlalət içində idilər. (Ali-İmran 164)

-(Ey ümmətim!) Sizə özünüzdən bir peyğəmbər gəldi ki, sizin əziyyətə (məşəqqətə) düşməyiniz ona ağır gəlir, o sizdən (sizin iman gətirməyinizdən) ötrü təşnədir, möminlərə şəfqətli, mərhəmətlidir. (ət-Tövbə- 128)


Muaz bin Cəbəli Yəmənə vali göndərərkən ayağını üzəngiyə qoyanda Rəsulullah ona belə öyüd vermişdir: "Ey Muaz, insanlara qarşı əxlaqını gözəlləşdir".

***

Rəsulullah buyurmuşdur: "Ən xeyirliniz əxlaqca ən gözəl olanlarınızdır".

***

Rəsulullah buyurmuşdur: "Yaxşılıq gözəl xasiyyətdir. Günah isə vicdanı rahatsız edən, adam içində gizlədiyi və insanların xəbər tutmasını istəmədiyi şeydir".

***

Rəsulullah buyurmuşdur: "Su buzu əritdiyi kimi, gözəl əxlaq da günahları əridir. Sirkə balı çürütdüyü kimi, pis əxlaq da yaxşı əməli çürüdür".

***

Rəsulullahdan soruşmuşlar: "Bu dünyada iki dəfə ərə gedən qadın öldükdən sonra hansı ərinin olacaq?"

- Heç şübhəsiz, bu dünyada onunla daha gözəl əxlaqla rəftar edənlə olacaqdır, - cavabını verir.

***

Rəsulullah buyurmuşdur: "Mənim yanımda ən sevimliniz əxlaqca ən gözəl olan və ətrafdakılarla xoş davranandır ki, o, ətrafdakıları sevər, ətrafdakılar da onu sevər. Mənim yanımda ən az sevilənləriniz isə çuğulçuluq edən, dostların arasını vuran və təmiz şəxslərdə qüsur axtaranlardır".

***

Rəsulullah buyurmuşdur: "İmanca möminlərin ən kamili əxlaqı ən gözəl olub, ailə üzvlərinə qarşı ən yumşaq və lütfükar davranandır".

***

Rəsulullah belə dua edərmiş: "Allahım təfriqə və aravuruculuqdan, ikiüzlülük və pis əxlaqdan sənə sığınıram".


Çox mühüm həqiqət

Bir nəfər peyğəmbərimizlə üzbəüz gələrək Ondan soruşur:

- Ya Rəsulullah, hansı əməl daha fəzilətlidir?"

- Gözəl əxlaq, - buyurdu.

Adam sağ tərəfdən, sol tərəfdən və arxa tərəfdən gələrək yenə eyni sualı sordu və peyğəmbərimiz hər dəfə eyni cavabı verdi və axırıncı dəfə belə cavab verdi:

- Niyə anlamırsan, gözəl əxlaqdır, o da gücün çatarsa, hirslənməməkdir.


Peyğəmbəri görmək istəyirsənsə...

Birisi alimin yanına gəlir və deyir ki, yuxusunda Rəsulullahı görmək istəyir.

Alim ona deyir:

- Get, çoxlu duzlu yemək ye, yat.

Adam da gedib onun dediyi kimi edir, amma yuxusunda bulaqdan, sudan başqa bir şey görmür. Səhər yerindən qalxıb alimin yanına gəlir və deyir:

- Mən sən deyən kimi elədim, amma Peyğəmbərimizi yuxuda görmədim.

Alim soruşur:

- Yuxuda nə gördün?

Adam cavab verir:

- Bulaq, çeşmə, çay.., hara baxdımsa, su gördüm, sudan başqa bir şey görmədim.

Alim də elə bu cavabı gözləyirmiş, gələn adama möhtəşəm bir ibrət dərsi verir:

- İnsan nəyin təşnəsidirsə, nə üçün yanırsa, yuxusunda da onu görür. Sən duzlu yemişdin, bərk susuz idin, ona görə də yuxunda çeşmə gördün, çay gördün. Əgər sən həyatda Peyğəmbər təşnəsi olsan, həyatını onun buyurduğu kimi yaşasan, ona bənzəmək istəsən, onu nəfsindən çox istəsən, Rəsulullah da sənin yuxuna girər. Görmək istədiyinin təşnəsi olmalısan.


Düşüncə üçün

Dilin özü və sözü

Bütün məxluqat, yəni yaradılmışlar Xaliqi, yəni yoxdan var edən Allahı zikr edir.

Ağaclar, otlar, quşlar, heyvanlar Allahın verdiyi tapşırığı yerinə yetirərək öz vəzifələrini icra edirlər. Onların həyatı bir növ komputer proqramı kimidir.

Bütün hüceyrələr Allahı zikr edir, gözə görünən və görünməyən varlıqlar Allahın adlarını çağırır.

Allah-Təala insanı ən gözəl şəkildə yaradıb. İnsanın vücudundakı milyardlarla hüceyrələr öz hərəkətləri ilə Allahı zikr edirlər. İnsanın əli işləyərək, gözü görərək, qulağı eşidərək Allahı zikr edir.

Quran cinlərin və insanların Allaha itaət və ibadət etmək üçün yaradıldıqlarını bildirir.

Allah cinlərə və insanlara ağıl verib, seçim edə bilmək üçün iradə verib.

Allahın iradə, ağıl verdikləri Allahı inkar edirlər. Allahı inkar etmək Allahın mərhəmətindən məhrum qalmaqdır.

Kafir Allahı dili ilə inkar edər, amma dil özü Allahı təsdiq edər.

Qəribədir deyilmi, dil bütün hüceyrələri, bütün fəaliyyəti ilə Allahı təsdiq və təsbih edir, amma insan Allahı təsdiq və təsbih edən o dili ilə Allahı inkar edir.

Oxundu: 150

© 2017 - NSPSOLUTIONS