Dünyada ən yüksəkən aşağı əmək haqqı hansı ölkələrdə verilir - İNFOQAFİKA

Dünyada ən yüksək əmək haqqını Lüksemburq vətəndaşları alır. "Yeniavaz.com" Beynəlxalq Əmək Təşkilatının açıqladığı məlumata istinadən bildirir ki, 2016-cı ilkə Lüksemburqda orta aylıq əmək haqqı 3722 dollara bərabər olub. Lüksemburqdan sonra ən yüksək orta aylıq əmək haqqı Norveçdə, ABŞ-da, Avstriyada və Cənubi Koreyada qeydə alınıb. Bu ölkələrdə orta aylıq əmək haqqı müvafiq olaraq 3654 dollar, 3253 dollar, 3122 dollar və 2852 dollar təşkil edib. Beynəlxalq Əmək Təşkilatının açıqladığı məlumatda həmçinin göstərilir ki, dünyada ən aşağı orta aylıq əmək haqqı Suriyada verilir. Suriyada orta aylıq əmək haqqının məbləği 112 dollar olub. Bundan başqa Tacikistanda orta aylıq əmək haqqı 138 dollar, Pakistanda 230 dollar, Qırğızıstanda 235 dollar, Hindistanda isə 244 dollar təşkil edib. Beynəlxalq Əmək Təşkilatının dünyanın 71 ölkəsini əhatə edən hesabatında Azərbaycan orta aylıq əmək haqqının məbləğinə görə 63-cü sırada qərarlaşıb. Azərbaycanda orta aylıq əmək haqqının məbləği 303 dollar olub. MDB və region ölkələri arasında Azərbaycandan daha aşağı mövqedə yalnız 3 ölkə - Moldova (280 dollar), Qırğızıstanda (235 dollar) və Tacikistanda (138 dollar) qərarlaşıb. Qonşu ölkələrdən Ermənistanda orta aylıq əmək haqqının məbləği 404 dollar, Gürcüstanda isə 430 dollar olub. Bunlardan başqa Qazaxıstanda orta aylıq əmək haqqı 339 dollar, Belarusda 400 dollar, Rusiyada 570 dollar, Türkiyədə 1067 dollar təşkil edib.

DİGƏR XƏBƏRLƏR

Top