Azərbaycanda partiya sədri oğlunu özünə müavin təyin etdi

Son 9 ayda Azərbaycanda 500-ə yaxın müəssisə bağlanıb RƏSMİ STATİSTİKA

Prezidentin köməkçisi: "Sarkisyan sözünün üstündə durmadı"

çərşənbə axşamı, 17 oktyabr 2017
TR EN RU

Menu

çərşənbə axşamı, 17 oktyabr 2017
EN TR RU

PƏNCƏRƏ

Cinin varlığını inkar edən kafir olur

22.12.2016 18:15

Uca Kitabımızda "Cin" adlı surə var, yəni cinlərin varlığını inkar eləmək Allah-Taalanın buyurduqlarına qarşı çıxmadır ki, belə insan dindən çıxmış sayılır. Qu­ra­nın bil­dir­di­yin­qə gö­rə, ira­də sa­hi­bi olan iki məx­luq­dan bi­ridir. Daha doğrusu, Allah-Taala cinləri və insanları ona görə yaradıb ki, Onu tanısınlar, Ona itaət və ibadət etsinlər. Demək, insanın da, cinin də yaradılış qayəsi Allah-Taalanı tanımaq, Ona itaət etməkdir. Tarixi ardıcıllığa görə cinlər insandan xeyli əvvəl yaradılmışlar.

İn­san oğ­lun­da ol­du­ğu ki­mi, cin­lər­də də mö­min­lər və ka­fir­lər var. Cin­lə­rin Pey­ğəm­bə­ri­miz Həz­rə­ti-Mu­ham­mə­də (s.ə.s.) be­yət et­di­yi mə­lum­dur. Şey­tan­lar da cin nəs­lin­dən­dir, yəni bütün şeytanlar cindir, amma bütün cinlər şeytan deyil. Cin­lər tüs­tü­süz od­dan ya­ra­dıl­mış­lar, göz­lə gö­rün­məz­lər. Qı­sa müd­dət­də uzaq mə­sa­fə­lə­ri qət et­mək im­ka­nı­na sa­hib ol­sa­lar da in­san on­lar­dan da­ha üs­tün, da­ha mü­kəm­məl var­lıq ola­raq ya­ra­dıl­mış­dır. Cinlərin də evlənib çoxalması, qidalanması, müxtəlif varlıqların, hətta insan cildinə girə bilməsi söylənilir.

Bəzi adamlar cinlərin gələcəkdən xəbər verdiyini iddia edirlər, amma Quran bunu inkar edir. Həzrət Süleymanla (Ona Allahın salamı olsun!) bağlı qissədə bildirilir ki, cinlər ondan çox qorxurdular və bu peyğəmbər uzaqdan əsasına söykənib baxır, cinlər də onu görüb dayanmadan işləyərək Məscidi-Əqsanın inşasını tamamlayırlar. Elə bu zaman Həzrəti- Süleyman yıxılır və bundan sonra məlum olur ki, o çoxdan Haqqın rəhmətinə qovuşsa da əsasına söykəndiyi üçün ayaqda qalıbmış və qurt onun əsasını kəsdiyi üçün əsa qırılıb və o yıxılıb. Bu bilgi onu söyləməyə əsas verir ki, cinlər nəinki gələcəyi, hətta öz zamanlarında belə hər şeyi bilməyə bilərlər. Onlar da insanlar kimi zamana bağlı varlıqlardır və bir an sonra nə olacağını bilməzlər. Amma biz onları görə bilmədiyimiz üçün bizim gizli hesab elədiyimiz əməllərimizi görə bilirlər. Cinlərin insana müsəllət olması, insanlarla ünsiyyət qurması və bəzi gizlinləri xəbər verməsi haqqında söhbətlər hər zaman olmuşdur. Cinlərdən insana zərər gəlməsi haqqında da sözüsöhbətlər az deyil. Onu deyək ki, qəlbini Allah-Taalaya bağlamış insan o qədər güclüdür ki, cinlər dəstə ilə gəlsələr də ona zərər verə bilməzlər. Allah-Taalanın verdiyi qabiliyyət, istedad baxımından insan nəinki cinlərdən, ətrafındankı bütün canlılardan çox-çox üstün, çox-çox güclüdür. Amma bütün hallarda tədbirli olmaq müsəlmanın borcudur. Yəni Allaha sığınmaq insanın ən böyük tədbiridir. Dini ədəbiyyatda buna "istiazə" deyilir ki, lüğəvi mənası da elə sığınmaqdır. Hər işi "Bismillah"la başlamaq, "Əuzu billahi min əşşeytan ir racim", yəni "lənətlənmiş, qovulmuş şeytanın şərindən Allaha sığınıram" demək, həm də sadəcə dillə deyil, qəlbi ilə bu həqiqəti ifadə eləmək Allaha sığınmaqdır. Alimlər məsləhət görürlər ki, ən doğrusu bu varlıqlar haqqında düşünməmək, mümkün olduğu qədər heç adlarını belə çəkməməkdir. Ona görə də uzun zamandan bəri ehtiyat tədbiri mənasında "cin" adı əvəzinə daha çox "üç hərflilər" deməyi üstün tutublar.


Lüğət

Fir­dövs

- 8 qat­lı cən­nə­tin 6-cı qa­tı­nın adı­dır. Fir­döv­si isə cən­nə­tə la­yiq, cən­nət­lik de­mək­dir. Bos­tan mə­na­sı da var. Bü­tün naz ne­mə­tin, bə­rə­kə­tin, hər cür da­dın, zöv­qün möv­cud ol­du­ğu mə­kan an­la­mı­na da gə­lir.


Bir damla hikmət

Sənin üç dostun var

İnsanın 3 dostu var: Biri onu evindən yola salar, biri qəbrə qoyulana qədər dalınca gələr, biri də axirəti boyunca ona yoldaşlıq edər. İnsanı evindən yola salan dostu qazandığı dünya malıdır, məzarına qədər gələn və dəfn edib geri dönən sevdiyi insanlardır, axirətdə də yoldaşlıq edən isə əməlləridir.


Əxlaq

Allah bilsin, yetər

Üz-üzə gələndə altdan-altdan baxıb gözləyirsən ki, birinci qarşı tərəf salam versin. Bu düşüncəni də onunla əsaslandırırsan ki, sən yaşda ondan iki bayram böyüksən. Təkcə salamlaşmaqda deyil ki, hər işdə beləsən, hər şeyi qarşı tərəfdən gözləyirsən. Xəstələnəndə gözləyirsən ki, bütün tanıdıqların əlidoli səni yoluxmağa gəlsinlər; Bir bayram oldumu, gözün telefonda qalır ki, zəng vurub səni təbrik eləsinlər; Nəvən doğulmuşdu, gözaydınlığı verməyənləri az qala gözünün düşməni hesab edirdin...

Hər kəsdən hər şeyi sən gözləyirsən, sanki camaatı özünə borclu bilirsən. Amma heç düşünürsənmi ki, səndən də çoxları çox şey umub-küsür. Hərdən tək olanda o köhnə kişilər demiş, papağını qabağına qoyub yaxşı-yaxşı fikirləş: Sən neyləmisən axı? Kimin dərdinə əlac eləmisən?

İnsan həmişə ilk addımı başqalarından gözləyirsə, bu, artıq onda bir kompleksin meydana gəlməsinə səbəb olur. Əxlaqımız təmənnasızlığı tövsiyə edir. Çox sevdiyim belə bir atalar sözümüz var: "Balığı at dəryaya, balıq bilməsə də Xaliq bilər". Əsl əxlaq da elə Xaliqin bilməsiylə kifayətlənməkdir. Qurani-Kərimində yer alan "Hasbin Allah" ifadəsi o qədər möhtəşəm mətəbləri özündə ehtiva edir ki, bir yazı ilə tamamlamaq mümkün deyil, yəni "Allah mənə yetər; Allah bildisə, başqalarının bilməsinə ehtiyac yoxdur; Allah sevdisə, dünya düşmən olsa, nə olacaq ki?.. Allah gördüsə, başqalarının görməməsi daha yaxşıdır"...

Bir gözəl sözümüz də var: "Elədiyin yaxşılığı unut, gördüyün yaxşılığı unutma".

Hər məsələdə olduğu kimi bu mövzuda da Rəsulullahın (s.ə.s.) sünnəti, yəni yolu bizim üçün örnəkdir. O, rast gəldiyinə birinci salam verər, kəsıbların evlərinə qonaq gerər, xəstələrə baş çəkər, ehtiyac sahibini axtarıb tapar, dərdinə çarə düşünərdi. O, bəşər içində tayı-bərabəri olmayan Uca bir Zardır, O, Allah-Taalanın aləmlərə mərhəmətidir. Dünya Onun gəlişiylə zülmətdən aydınlığa çıxdı... Amma sadəliyinə, təvazökarlığına baxın ki, evinə gələn hər kəsə öz əlləri ilə xidmət edər, qapını cırmaqlayan pişik üçün yerindən qalxıb gerər, onu ya içəri, ya da çölə buraxardı. Onun əxlaqı, təvazökarlığı haqda düşünəndə insanın qəlbi riqqətə gəlir, gözləri yaşla dolur.

Heç bir vəzifə, heç bir məqam, heç bir sərvət bu uca əxlaqı dəyişmək üçün əsas sayıla bilməz. Sadəlik, təvazökarlıq insanlığın bəzəyidir. Kiçiyin birinci salam verməsi ədəb, böyüyün verməsi isə təvazökarlıqdır.

Hər kəsdən umursan, istəyirsən ki, birinci addımı qarşı tərəf atsın, amma unutma ki, səndən də umurlar, səndən də gözləyirlər. Həm də nə qədər təvazökar olsan, o qədər hörmətli olarsan, həm Allah qatında, həm də insanlar arasında.

Əli Çərkəzoğlu

Oxundu 488

© 2017 - NSPSOLUTIONS