Uşaqlar arasında yoluxucu virus yayılıb - Təhlükəlidirmi?

Oğuzda 3 nəfərin öldüyü dəhşətli qəzanın görüntüləri VİDEO

“Kopenhagen” "Qarabağ"a 6-0 hesabı ilə qalib gəldiyi oyunun videosunu yaydı VİDEO

Bazar ertəsi, 21 avgust 2017
TR EN RU

Menu

Bazar ertəsi, 21 avgust 2017
EN TR RU

ANALİZ

Avropada “Yeni il” öncəsi terror təhlükələri gözlənilir

21.12.2016 20:29

Ötən il olduğu kimi, bu il də Avropada “Yeni il” öncəsi terror təhlükələri gözlənilir. Ekspertlər hesab edirlər ki, bu terror dalğası artıq başlayıb. Belə ki, iki gün öncə Berlində təşkil olunan izdihamlı Milad bazarına yük maşınının girməsi nəticəsində 12 nəfər ölüb, 48 nəfər yaralanıb. Almaniya polisi hadisəni “mümkün terror hücumu” kimi araşdırır. Ötən ay ABŞ Dövlət Departamenti öz vətəndaşlarına bütün Avropa qitəsi ərazisində yüksək terror hücumu riskinin olması barədə xəbərdarlıq edib. ​Bu barədə xarici siyasət idarəsinin yaydığı bəyanatda bildirilib: "Dövlət Departamenti ABŞ vətəndaşlarına Avropa ərazisində, xüsusilə də bayramlar zamanı yüksək terror hücumu risklərinin olması barədə xəbərdarlıq edir. Etibarlı məlumatlara görə, İŞİD, “Əl-Qaidə”, həmçinin onların filialları Avropada terror aktları planlaşdırmaqda davam edirlər".

Ekspert Arzu Nağıyev musavat.com-a bildirib ki, belə bir vəziyyətdə təbii olaraq ölkə səfirlikləri öz vətəndaşlarına terrorla bağlı xəbərdarlıqlar etməlidir: “Avropada o qədər yoxlanmamış miqrantlar var ki, heç bir sığortadan danışmaq mümkün deyil. Ona görə də xüsusi xidmət orqanları bütün riçaqlardan, vasitələrdən istifadə etməlidir ki, terrora qarşı mübarizəni gücləndirsinlər. Vaxtilə miqrant kütlələri gələn zaman hətta, bu barədə xüsusi xidmət orqanlarına öncədən xəbərdarlıq olunmuşdu ki, onlara qarşı filtirasiya tədbirləri aparılmalıdır. Lakin onların zəifliyi bir daha göstərdi ki, xeyli günahsız insanlar qətlə yetirildi. Nəzarətsiz, dəfələrlə həbs olunmuş və terrorçularla əlaqəsi olan şəxslərin üzə çıxarılmaması, onların müəyyən edilməməsi bu cür hadisələrə səbəb oldu. Ona görə də hər bir səfirliyin öz vətəndaşlarını xəbərdarlıq etməsi mütləq lazımdır. Terror təhlükəsindən heç kim və heç bir yer sığortalanmayıb. Əsas məsələ hüquq-mühafizə və xüsusi xidmət orqanlarının üzərinə düşür ki, bu məsələni çözə bilsinlər. Problem böyükdür”.

Ekspert bildirib ki, yanlış miqrant siyasəti, eyni zamanda multikultural dəyərlərə, tolerantlığa müsbət hal kimi baxmamaq belə hallara gətirib çıxardı: “Təbii ki, bundan başqa radikal qruplar da var. Bu terror təşkilatlarını kimin yaratmasına gəlincə isə kimsə deyə bilməz ki, bu terrorçunu filankəs yaradıb. Ancaq dolayı yolla xüsusi xidmət orqanlarının hər yerdə dəsti-xətti görünür və görünməkdədir”.

Oxundu 321

© 2017 - NSPSOLUTIONS