Nazirlik: Şəhidlərimizin nəşi döyüş meydanından götürülüb

Afaq Bəşirqızı: "Evimdə 14 erməni gizlətmişdim"

UEFA "Dinamo" "Beşiktaş" klublarını cərimələyib

Bazar ertəsi, 27 fevral 2017

Menu

Bazar ertəsi, 27 fevral 2017

PƏNCƏRƏ

Yeməz, içməz, yatmaz, günah işləməzlər

21.12.2016 14:22

Adətdir, yaxşı adam haqqında deyərlər ki, mələk kimi adamdır. Amma onu da boynumuza alaq ki, "mələk kimi" deyilənlərin bir çoxu sonradan çox fərqli simada meydana çıxır. Nə isə, söhbətimizin mövzusu o deyil, yazının adından da göründüyü kimi, mələklərdir. Mələklər məsum varlıqlardır, yəni günah işləməzlər. Əslində mələklərdə elə bir qüvvə yoxdur ki, onları günaha təhrik eləsin. Özünüz düşünün, insan niyə günah işləyir? - Nəfsi ucbatından. İnsandakı o nəfs mələkdə yoxdur. Mələklərin qidası Allah-Taalanı zikr eləməkdir. Onlar nurdan yaradılmış lətif varlıqlardır. Onların yemək, içmək kimi ehtiyacları yoxdur, yorulmazlar, demək istirahətə də ehtiyacları olmaz. Bizim bildiyimiz cinsiyyət məsələsi onlarda olmaz, demək şəhvət hissindən də uzaqdırlar. Yəni onları günaha doğru çəkəcək heç bir qüvvə, səbəb yoxdur. Ona görə də məqamları sabitdir.

İndi də mələklərlə paralel insanı təsəvvür eləyin, gündə bir neçə dəfə yeməli, içməli, yatıb düncəlməli, hər cür maddi, mənəvi ehtiyaclarını təmin etməlidir. Taradılış prinsipinə baxanda görünür ki, mələyin günah eləmək imkanı yoxdur, günahla mələyin arasında möhkəm bir düvar hörülüb. Şeytandan da yaxşılıq gözləmə, bir halda ki, bütün məxluqatın Xaliqi olan Allah-Zül Cəlal Həzrətləri Özü onu lənətləyib, demək onun da yaxşı olması mümkün deyil. Bu iki qütb arasındakı insansa hər ikisindən fərqlidir, güna

h tərəfə də qapısı açıqdır, savab tərəfə də; zülmətə də üz tuta bilər, Nura da; xeyir qazananlardan da ola bilər, zülmə uğrayanlardan da, mələklərdən də yüksək ola bilər, şeytanlara da tay ola bilər...

Mövzumuz mələklər olduğu üçün qayıdaq bu lətif varlıqlardan bəhs etməyə. Mələklərin varlığını inkar etmək, yəni "mələk yoxdur" demək insanı imandan çıxarar, çünki mələklər haqqında Allah-Taala Quranda bəhs edir.

Allah-Taala tərəfindən verilmiş vəzifələrin icrasına görə mələkləri belə sıralamaq mümkündür:

- Allah-Taalanı zikr edən, gecə-gündüz Ona şükr edən, şanının uca, Zatının hər cür nöqsandan, qüsurdan uzaq olduğunu elan edən mələklər;

- Allah-Taalanın peyğəmbər olaraq seçdiyi qullarına vəhy gətirən mələklər;

- Peyğəmbərlərə səlatu səlam oxuyan, bütün insanlar üçün dünyada xeyir-dua edən mələklər;

- Peyğəmbərlərə və möminlərə mənəvi güclə dəstək olub, onları sıxıntılı və üzüntülü anlarında rahatladan, inkarçılara sıxıntı verən mələklər;

- İnsanı bizim bilmədiyimiz bir çox sıxıntı və təhlükələrdən qoruyan mələklər;

- İnsanların bütün əməllərini qeyd edən mələklər;

- Kainatla bağlı Allah-Taalanın əmrlərini icra edən mələklər;

- İnsanın həyata gəlməsi və ölümü ilə bağlı vəzifəli mələklər;

- İlahi cəzanı yerinə yetirən mələklər...

Bunlar bizə bildiriliən mələklərdir, yəqin ki, bizim bilmədiyimiz mələklər də çoxdur.

Mələklərin sayına gəldikdə isə Quranda buyurulan "Göylərin və yerin orduları Allaha aiddir" ifadəsindən bilindiyi kimi onlar saya gəlməyəcək qədər çoxdurlar.

4 bö­yük mə­lək var: Həzrəti Cəb­ra­yil, həzrəti Mi­ka­yil, həzrəti İs­ra­fil və həzrəti Əz­ra­yıl (hamısına Allahın salamı olsun!). Həzrəti Cəbrayıl vəhy mələyidir, Allah-Taala ilə peyğəmbərlər arasında vasitəçidir, Allahın əmrlərini peyğəmbərlərə çatdırır, Quranda 3 yerdə adı "Cibril" olaraq keçməkdədir. Həzrəti Mi­ka­yil kainatda baş verən hadisələrlə və bütün yaradılmışların ruzisi ilə məşğuldur, adı Quranda bir yerdə keçir. Həzrəti İsrafil də dörd böyük mələkdən biridir, adı Quranda keçməz, sadəcə sura üfürüləcəyi bildirilir. Sura üfürən mələyin isə Həzrəti İsrafil olacağı hədislərdə bildirilir. Həzrəti Əzrayılın vəzifəsi isə əcəli yetişən insanların canını almqdır. Quranda ondan "ölüm mələyi" deyə bəhs edilər.

Mün­kər və Nə­kir ad­lı iki mə­lək in­sa­nı mə­zar­da sor­ğu-su­a­la çə­kir­lər. Sağ və sol çi­yin­lə­ri­miz­də otu­rub sa­vab və gü­nah­la­rı­mı­zı ya­zan mələklərə isə Ki­ra­mən - Ka­ti­bin mə­lək­lə­ri deyilir.

Əli Çərkəzoğlu

Oxundu: 252

© 2017 - NSPSOLUTIONS