"Kreml İrəvanı 5 rayonu boşaltmağa məcbur edəcək" iddiaları yalandır

"Moody's" SOCAR-ın reytinqini aşağı salıb

"Yeni binalarda şirkətlər istədikləri hesablama üsulları ilə ailələrə əziyyət verirlər"

Cümə axşamı, 24 avgust 2017
TR EN RU

Menu

Cümə axşamı, 24 avgust 2017
EN TR RU

ANALİZ

Politoloq: "Səfirin öldürülməsinin arxasında Rusiyanın Hələbdəki qırğınları dayanır"

20.12.2016 12:38

Dünən Ankarada Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun öldürülməsi beynəlxalq aləmdə özünəməxsus şəkildə əks-səda verməkdə davam edir. Bəs Rusiya səfirinin öldürülməsinin arxasında hansı güclər gizlənə bilər? Bununla əlaqədar "Yeniavaz.com"un sualına cavabında politoloq Qabil Hüseynli deyib ki, Rusiya səfirinin öldürülməsinin arxasında Moskva ilə Ankara arasında münasibətləri pozmaq niyyətlərinin ola bilməsi istisna edimir. Qabil Hüseynli: "Rusiya ilə Suriyanın yaxınlaşmasını istəməyən güclər var və təbii ki, onlar bundan narahatdırlar. Səfirin öldürülməsi Rusiyanın Suriyadakı destruktiv siyasətinin nəticəsi də hesab edilə bilər. Bu qətldə Rusiyanın Suriyada həyata keçirməkdə olduğu qətliamların dayandığı ehtimalı yüksəkdir. Xüsusi ilə Hələbdə Rusiyanın xüsusi qəddarlıqla həyata keçirdiyi qətliamlar bütün ərəb dünyasında Kremlə qarşı nifrət əmələ gətirib. Rusiyanın həyata keçirdiyi destruktiv siyasət bumeranq kimi qayıdıb onun özünə dəyməkdədir. Zənnimcə səfirin öldürülməsinin də arxasında məhz Rusiyanın Hələbdəki qırğınları dayanır. Məntiqi baxımdan bu ehtimalı ağlabatan hesab edirəm"-dedi.

Rusiyanın səfirin qətlinin həyata keçirilməsi yolu ilə Hələbdən diqqəti yayındırma ehtimalına gəlincə, politoloq bütün hallarda bu cinayətin olduqcə dəqiq, xüsusi hazırlanmış plan əsasında peşəkarcasına həyata keçirildiyini söylədi. Onun fikrincə, Rusiya səfirinin öldürülməsindən sonra Amerika səfirliyi qarşısında da atəş açılması bu ssenarinin hansısa mərkəzdən idarə olunduğunu söyləməyə imkan verir

Əziz Mustafa

Oxundu 401

© 2017 - NSPSOLUTIONS