Həyat yoldaşı aktyor Elməddindən niyə küsüb? - "Hər zaman susmuşam" VİDEO

Ramil Usubov Bakının Nizami rayonunda 7 polisi işdən qovdu - qanunsuz reyd keçirirlərmiş

"Bazarlarda kənd toyuğu adı ilə zərərli məhsul satılır" - SOS

Cümə, 28 aprel 2017
TR EN RU

Menu

Cümə, 28 aprel 2017

ƏDƏBİYYAT

“Mütaliə başqalarını təkrar etməməkdən ötrüdür...” SORĞU

24.10.2016 20:11

Ədəbiyyata yenilikçi kimi gəlmək, yeni bir dəst- xətt yaratmaq dünyada çox nadir olan hadisələrdəndir. Tarix boyu elə yazıçılar olub ki, bütün ömrü boyu qəbul edilməz sayılıb, illər ötdükcə, başa düşüldükcə dəyərləndirilib. Əgər ədəbiyyat adamı yeni düşüncə tərzi formalaşdırıb, öncəkiləri təkrarlamırsa, lakin özündən sonra gələnləri öz təsirində saxlaya bilirsə bu böyük uğurdur. Belə yazıçılara Frans Kafka, Qustav Flober, Tolstoy, Albert Kamyu, Borxes, Markes, Dostoyevski, Əli Kərim, Cəlil Məmmədquluzadə və s. illərdir öz əsərləri ilə insanları heyrətləndirirlər. Dünya çapında yer alan, kitabları bestsellərə çevrilmiş yazıçılar, özləri də hansısa yazıçıdan təsirləndiyini etiraf ediblər. Belə yazıçılar içərisindən “Qoca və dəniz”, “Silahlara əlvida” və s. kimi əsərlərin müəllifi, dünya şöhrətli yazıçı Ernest Heminquey özü də - Turgenev, Tolstoy, Dostoyevski, Çexov, Endryu Marvell, Mark Tven kimi yazıçılardan təsirləndiyini bildirmişdir. “Yeni Avaz” qəzeti bu dəfə Azərbaycan yazıçılarından kimdən təsirlənib yazdıqlarını soruşub.

Pərviz Cəbrayıl (yazıçı): “Konkret bir yazıçının təsiri ilə yazmaq məsələsi ya inandırıcı deyil, ya da yanlışdır. İnsan nə qədər istedadlı olursa, olsun, amma ilk etapda, hələ öz üslubu olmadığı çağda kimisə imitasiya etməyə məcburdur.

Markesin ilk hekayələrini oxuyursan və sənə elə gəlir ki, bunları Markes yox, Kafka yazıb. Özü də gizlətməyib bunu. Mənə də Kafka damğası vurulub. Ancaq mən o fikrin də tərəfində deyiləm ki, məhz bir yazıçını təqlid edəsən. İlk dövrlərdə öz üstümdə Herman Hessenin, ovqatına görə Kafkanın, insanın daxili təsvirlərinə görə Dostoyevskinin, əzəmətinə görə Tolstoyun, obrazlılığına görə Füzulinin təsirini hiss etmişəm”.

Varis Yolçuyev (yazıçı): “Mən heç bir yazıçıdan təsirlənməmişəm. Sadəcə, evimizdə minlərlə kitab olub, onların arasında böyümüşəm, kitablara maraq sonda məndə yazmağa maraq oyadıb”.

Səlim Babullaoğlu (şair-tərcüməçi): “Mən hər bir şeydən təsirlənmişəm. Əgər otaqda kimsə varsa, o otağa mən girirəmsə otaqda oturan şəxsi görməyim normaldır, görməməyim anormaldır. Təsirlənmək bir otağa girib əvvəlcədən o otaqda olan adamı görməkdir. Mən təsirlənmişəm fransız şairi Apoli Linerdən, Nazim Hikmətdən, Mikayil Müşfiqdən, Ramiz Rövşəndən, Vaqif Səmədoğlundan, yazan bütün şairlərdən, hətta müasir şairlərdən belə təsirlənmişəm və bu gün də oxuduğum mətnlərdən təsirlənirəm”.

Alpay Azər (yazıçı): “Bizdə o qədər tanınmasa da, iki müasir rus yazıçısının mənə təsiri olub. Andrey Bitov və Vladimir Makanin. Məndə mövzular şəhər motivləri ilə bağlı olub deyə, adını çəkdiyim yazıçıları çox oxumuşam. Onların çatdığı səviyyəyə də çatsam, yazıçı kimi özümü xoşbəxt adam sayardım”.

Emin Piri (şair): “Düzü belə bir hadisəni xatırlamıram. Açığı, hansısa şeirimi təsirlənib yazmaq istəməzdim. Bilmirəm, bu eqo hissimdən gəlir, yoxsa yox”.

Sərdar Amin (şair): “Kimdən təsirlənib yazdığım konkret yadımda deyil. İlk oxuduğum və sevdiyim əsərlər Mark Tvenin “Tom Soyerin macəraları”, Süleyman Sani Axundovun, Tağı Şahbazinin, Mirzə Cəlilin hekayələri olub. Uşaq şeirlərini, cızma-qaranı kənara qoysaq, yazmağa 2008-ci ildən başlamışam. İlk romanımda daha çox Selincerin təsirini hiss edirəm. (Lokanik, sadə) Hərçənd çox da bəyəndiyim yazıçı deyil. Bir də Seymur Baycanın “Quqark”ını yenicə bitirməyim hiss olunur romanda. Ancaq ümumilikdə bütün yaradıcılığıma, təşbehlərimə, metaforalarıma hopmuş bir yazıçı var, Orxan Fikrətoğlu. Bu mövzuda İsa Muğannanı da xatırlamasam dürüst olmaz”.

Tərlan Əbilov (şair): “İlk əvvəl yıxdığı kimi sonradan yazmaq üçün də adamın əlindən tutan elə həyatın özü olur. Daha sonra oxuya-oxuya təcrübə qazanılır, mənə yazmağı həyat öyrədib, mütaliə başqalarını təkrar etməməkdən ötrüdür”.

Ruzbeh Məmməd

Oxundu: 512

© 2017 - NSPSOLUTIONS