Həyat yoldaşı aktyor Elməddindən niyə küsüb? - "Hər zaman susmuşam" VİDEO

Ramil Usubov Bakının Nizami rayonunda 7 polisi işdən qovdu - qanunsuz reyd keçirirlərmiş

"Bazarlarda kənd toyuğu adı ilə zərərli məhsul satılır" - SOS

Cümə, 28 aprel 2017
TR EN RU

Menu

Cümə, 28 aprel 2017

ƏDƏBİYYAT

Türkiyənin tanınmış yazıçısı Əhməd Həmdi Tanpınara həsr olunmuş tədbir keçirilib

24.10.2016 11:15

Oktyabrın 22-də Bakıdakı Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə paytaxtın “Akademkitab” kitab evində Türkiyənin tanınmış yazıçısı Əhməd Həmdi Tanpınara həsr olunmuş tədbir keçirilib. "Yeniavaz.az"-ın məlumatına görə, Yunus Əmrə İnstitutunun rəhbəri İbrahim Yıldırım XX əsrin böyük realist və modern türk yazıçısı, şairi Əhməd Həmdi Tanpınarın yaradıcılığından söhbət açıb. Tədbirdə Bədii Tərcümə Mərkəzinin direktoru Səlim Babullaoğlu, professor, "Jurnalistikanın inkişafına yardım" fondunun sədri Qulu Məhərrəmli, yazıçı Nəriman Əbdülrəhmanlı, filologiya elmləri namizədi Vurğun Əyyub, Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Xəyal Rza, şair-esseist Fərid Hüseyn və başqaları Yunus Əmrə İnstitutu tərəfindən elan olunmuş “Tanpınarı kəşf edirəm” esse müsabiqəsinin əhəmiyyətindən danışıblar. Sonda Tanpınarın Azərbaycan dilinə tərcümə olunmuş “Hüzur”, “Beş şəhər”, “Yay yağışı”, "Saatları qurma institutu" kitabları iştirakçılara paylanılıb.

Ruzbeh Məmməd

Oxundu: 180

© 2017 - NSPSOLUTIONS