Azərbaycanda növbəti zəlzələ

AzTV-də “Ayə, harayə gedirsən, ayə?” oxudu - VİDEO

Tağı Əhmədov icra başçısı olmaq istəyir

Cümə, 24 noyabr 2017
TR EN RU

Menu

Cümə, 24 noyabr 2017
EN TR RU

Yazarlar

Əziz Mustafa

Amerikanın yeni prezidentindən heç nə gözləməyək...

08.11.2016 10:54

Amerika noyabrın 8-də özünün 45-ci prezidentini seçmək üçün türklər demişkən sandıqbaşına-seçki məntəqələrinə üz tutdu. Təbii ki, bütün dünyanın gözü də 8 noyabrda Amerikaya dikilmişdi: Xalq radikal dəlisov təsir bağışlayan və Amerikanın Jirinovskisi kimi tanınan Donald Trampa, yoxsa daha mülayim təsir görünən xanım Hillari Klintona səs verəcək? Rusiya istisna olmaqla dünyanın əksər aparıcı ölkələri, o cümlədən ABŞ-ın əsas müttəfiqləri olan Avropa Donald Trampdan daha çox xanım Klintonun prezident seçilməsini arzulayırdı. Hər halda xanım Klinton Trampla müqayisədə daha təmkinli təsir bağışlayır və o emosional deyıl, üstəlik dövləti idarə etmə işində də böyük təcrübəsi var. Amerikanın özündə də əksəriyyət Klintonun prezident seçilməsini daha məqsədəuyğun hesab edir. Yəqin ki, bu yazı qəzetdə işıq üzü görərkən ABŞ-ın 45-ci prezidentinin kim olacağı məlum olacaq. Ancaq sözün düzü mənim üçün iki əsas namizəddən hansının prezident seçilməsinin heç bir əhəmiyyəti yoxdur. Çünki belə demək mümkünsə uzun illər siyasətdən yazan bir jurnalist kimi bilirəm ki, Klintonun və ya Trampın prezident seçilməsi ABŞ-ın xarici və ya daxili siyasətində ciddi dəyişikliklərə yol açmayacaq. Bu sözləri yazarkən mən 2008-ci ildə ABŞ-da keçirilən prezident seçkilərini xatırlayıram. O vaxt ABŞ tarixində ilk dəfə qara dərili Barak Obamanın prezident seçilməsi az qala böyük senssasiya kimi dəyərələndirilərək dünyaya Amerika demokratiyasını nümunə kimi göstərməyə başladılar. Həmin dövrdə islam aləmində də Barak Obamanın müsəlman olduğu və onun guya islam ölkələrinə münasibətdə hansısa addımlar atacağı, ABŞ-ın xarici siyasətində bununla bağlı guya dəyişikliklər edəcəyi barədə gen-bol danışılırdı. Amma bu ümidlər özünü doğrultmadı. Çünki ABŞ-ın xarici siyasətində prioritet sahələr öncədən müəyyən edilib və onu dəyişdirmək sadəcə olaraq prezidentlərin imkanları xaricində hesab edilir. Digər tərəfdən də Barak Obamanı prezident kürsüsünə belə demək mümkünsə oturdan pərdəarxası güclər istənilən halda ölkəni idarə edəcək şəxsin Amerikanın daxili və xarici siyasətində yazılan və yazılmayan qanunlardan kənara çıxmayacağına əmin olmadan belə bir addımı atmırlar. Mənə elə gəlir ki, Obamanın prezidentliyini dəstəkləyən pərdəarxası güclər qara dərili şəxsin prezident seçilməsini təmn etməklə ABŞ-da guya inkişaf etmiş demokratiyanın olduğunu nümayiş etdirmək üçün belə bir addımı atmışdılar. Çünki Obama əslində nə ölkə daxilində, nə də beynəlxalq aləmdə heç də güclü siyasətçi hesab edilmirdi. O vaxt Obamanın prezident seçilməsinin ABŞ-a yaxşı heç nə verməyəcəyini, əksinə ölkənin uzun illər ərzində qazandığı supergüc imicini şübhə altında qoyacağını söyləyənləri az qala siyasətdən başı çıxmayan şəxslər kimi qələmə verirdilər. Amma hadisələrin gedişi göstərdi ki, Obamanın prezident seçilməsi ilə ABŞ özünün supergüc imicini təhlükə altına aldı. Obama beynəlxalq aləmdə önəm daşıyan məsələlərdə, o cümlədən Suriya, İraq, Əfqanıstan, Orta Asiya, Ukrayna, Cənubi Qafqaz və Yaxın Şərq siyasətində addım-addım nəinki Putin Rusiyasına, həm də İrana uduzmağa başladı. Obamanın prezidentliyi dövründə İraq tamamilə İranın təsir dairəsinə keçdü. Bunun ardınca Suriyada baş verən hadisələrə münasibətdə də Obama Rusiya və İranın qarşısında geri çəkildi. Obama ABŞ üçün önəmli olan bu münaqişənin həllində iradə nümayiş etdirə bilmədi. Eyni sözləri Ukrayna haqqında da demək olar. Obama Rusiya tərəfindən Krımın işğalının qarşısını almaq üçün qətiyyətli addımlar atmadı, Ukraynaya arzu edilən səviyyədə hərbi, hərbi-texniki yardım göstərmədi. Ukrayna ərazilərinin işğalına görə Rusiyaya tətbiq edilən iqtisadi sanksiyalar isə qarşı tərəfi diz çökdürmək üçün yetərli olmadı. Əksinə Obama rejimi Rusiyanın simasında Suriyada daha bir dəhşətli zərbə alaraq bu ölkənin taleyini belə demək mümkünsə özbaşına buraxıb. Obama bir sözlə ona olan ümidləri doğrultmadı. Bu baxımdan xanım Klintonun və ya Trampın prezident seçilməsi ilə çətin ki, ABŞ şübhə altına düşən supergüc imicini qısa müddətdə bərpa edə bilsin. Mənə elə gəlir ki, namizədlərdən hansının prezident seçilməsindən asılı olmayaraq Yaxın Şərqdə yenə əmin-amanlığı bərpa etmək hələ bir müdddət mümkün olmayacaq. Nəhayət bizim üçün önəmli olan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində də yeni prezidentin qətiyyətli addımlar ata biləcəyinə inana bilmirəm. Çünki bu məsələdə ABŞ-la Rusiyanın mövqeyi üst-üstə düşür. Bu mövqe isə heç də bizim xeyrimizə deyil. Necə deyərlər, ölkəni kimin idarə etməsindən asılı olmayaraq Amerikanın dünya siyasətində nəyinsə dəyişəcəyi inandırıcı görünmür...

Oxundu: 236

© 2017 - NSPSOLUTIONS