KƏMALƏ ABDURAHMANOVA

 Uşaqlarınıza qarşı nə qədər tutarlı davranırsınız?

 Uşaqlarınıza qarşı nə qədər tutarlı davranırsınız?

KƏMALƏ ABDURAHMANOVA

Hər nə qədər oğlunuz atasının pencəyini geyinməyə çalışsa da, qızınız ayaqqabılarınızı geyinib sizi ciddiyyətə dəvət etsə də, təbii ki “müdir” onlar deyil. Onlara gözəl davranışların qaydalarını və bu qaydalarla yaşamağı öyrətmək heç də tez deyil. Uşağınız hər dediyinizə qışqıraraq cavab verirsə, oyuncaqlarını bacısının və ya qardaşının üstünə atmağa başlayıbsa, demək ki, hərəkətə keçməyin vaxtı gəlib çatıb.

Nizam-intizam

Nizam-intizam uşağa inam verir və sosial həyata hazırlanmaqda ona kömək edir. Bəzən ailələr nizam-intizamı cəza verməklə qarışdıra bilirlər. Bunları bir-birindən ayıra bilsələr əslində uşaqlarına önəmli bir öyrətmə yolunu tapmış olacaqlar.

Qaydalar və sərhəddlər

Qızıl qayda - tutarlı olmaqdır! Əgər gün ərzində qoyduğunuz qaydaları yerinə yetirib sonradan uşağınıza qarşı yumşalacaqsınızsa anlaya bilməyəcəyi səhv bir mesaj vermiş olacaqsınız. "Xeyr" sözünü “bəlkə” olaraq yozmağına səbəb olsanız, uşağınız çaş-baş qalacaq, qoyduğunuz sərhədləri keçməyə başlayacaq. Amma uşaqlara qarşı tutarlı olmaq təkcə ananın vəzifəsi deyil. Bu işdə ata və ana bərabər çalışmalı, bir-birilərinə dəstək olmalıdırlar. Ata işdən evə gəldiyi zaman uşağı ilə oyun oynamaq istəsə belə ana uşağı yatırmağa çalışırsa, ata ona əngəl olmamalı, əksinə bu qaydaları yerinə yetirmək üçün anaya kömək etməlidir. Evdə uşaqlara qarşı qaydalarda sabit olmaq mütləq bir şəkildə nəticə verəcək. Sadəcə olaraq bu işlərdə məsuliyyətli olmaq lazımdır. Uşağınıza qoyduğunuz bir qaydanı davam etdirmək çox çətin bir işdir. Gözəl davranış göstərdiyi zaman onu tərifləyin. Müvəffəqiyyətləri qarşısında ona kiçik də olsa hədiyyə verin. Çünki, bu vaxt qoyduğunuz sərhədlər onun gözündə böyüməyəcək. Misal üçün, uşağınıza ulduz xəritəsi düzəldə bilərsiniz. Hər gözəl davranışı zamanı xəritəsinə bir ulduz yapışdırın. Əmin olun ki, sizdən ulduz almaq üçün davranışlarına diqqət edəcək, qaydalarınıza riayət edəcək. Uşağınız istəmədiyiniz və ya xoş olmayan hərəkətləri elədiyi zaman ona sərt olmamaqla bərabər kiçik bir cəza verə bilərsiniz. Misal üçün, “Axşam yeməyini yeməsən sənə şirniyyat yoxdur” və s.

Uşağınıza bütün cavabları verməkdənsə onu problem həll etməkdə cəsarətləndirin. Beləcə bütün işlərini özü görməyə çalışacaq, hər dəfə sizin üstünüzə qaçmayacaq. Çox qayda, qanun, sərhəd, nizam-intizam qoyub uşağınızı sıxışdırmayın. Xatırlayın ki, uşağınızın da özünəməxsus bir xarakteri var. “Yaxşı insan ol” demək çox ümumi bir sözdür, uşağınız bunu başa düşməyə bilər. Bunun yerinə “Bizim ailəmizdə qışqıraraq danışılmır”, “Nə istədiyini sakitcə deməyə çalışmalısan” kimi cümlələr qurmaq daha yaxşı olar.

Qaydaları yıxmaq

Qoyduğunuz qaydalar, qanunlar, sərhədlərə baxmayaraq onun hərəkətlərində mütləq qəbul eləmədiyiniz vəziyyətlər olacaq. Evdəki qiymətli əşyaları qırdığı zaman, qonşunun uşağını vurduğu zaman nə edəcəksiniz? Doğrudur bu zaman soyuqqanlılığınızı qorumaq çətin ola bilər . Amma uşağınıza göstərdiyiniz hər hansı bir fiziki cəza onu səhv yönləndirə bilər. Bu zaman ən təsirli cəza xəbərdarlıqdır. Çox vaxt döyülmək uşaqlarda vicdan əzabı hiss etdirmir. Sizdən qorxa bilərlər, amma sizə qarşı içində nifrətlərini cəsarətləndirə bilər. Əgər evdəki qardaşına və ya bacısına görə döyülübsə bu səfər bütün oxları onlara qarşı dönər. Fürsət tapan kimi onların “cəzasını verər”.

Xəbərdarlıqlarınıza bir müddət ara versəniz yaxşı olar. Yəqin ki, bu uşağınızın da ürəyincə olar. Beləliklə, ona şans vermiş olarsınız və siz də bir az rahatlayarsınız. Onu qısa bir vaxt ərzində etibarlı, səssiz, sakit, darıxdırıcı bir yerə qoya bilərsiniz. 5-10 dəqiqə belə bir yerdə qalıb sizdən ötrü darıxmasını təşkil edin. Beləcə həm siz, həm də uşağınız çox rahatlanmış olacaqsınız.

Müəllifin fikirləri öz mövqeyini əks etdirir.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top