Baş nazir Əliyevlə görüşündən maraqlı foto paylaşdı

Bitkoin almaq istəyənlər, bu tövsiyyələri mütləq oxuyun

Şamaxıda vulkan püskürdü

çərşənbə axşamı, 16 yanvar 2018
TR EN RU

Menu

çərşənbə axşamı, 16 yanvar 2018
EN TR RU

Yazarlar

Nazim Mustafayev

“Qavli-ləyyin” və ya yumşaq söz

02.11.2017 10:09

Hər hansı sözün, həqiqətin və ya ticari məhsulun insanlara təqdim edilmə şəkli çox vacib məsələdir. Mahiyyətindən asılı olmayaraq hər hansı bir şeyin gözəl təqdim olunması onun alınması və qəbul edilməsini də asanlaşdırır. Misal üçün, müştəriyə acı söz söyləməklə, onu təhqir etməklə, onu nə isə almağa sövq etmək olarmı? Hər halda bu mümkün deyil. İnsanlar şirin dil, mülayim üslubla təqdim edilən şeyləri qəbul etməyə daha çox meyillidirlər. Günümüzdə marketinq və ya satış təlimləridə əsasən bu prinsiplər üzrə qurulub. Ancaq insanlarla şirin dillə danışmağın, mülayim üslubla müraciət etməyin tarixi çox daha qədimdir. Bəlkədə elə bəşər övladı ilə eyni yaşdadır.

Həzrəti İbrahimin (ə.s.) atası bütpərəst idi. Bütlərə sitayiş edirdi. Allaha iman etməmişdi. Müsəlman deyildi. Buna baxmayaraq, Həzrəti İbrahim (ə.s.) atasını imana dəvət edəndə sevgi qoxan ifadələrlə, şirin və yumşaq dillə müraciət edirdi. Oğlu olduğu üçün atası Həzrəti İbrahimi (ə.s.) kiçik görə bilərdi. Ancaq üslub heç zaman dəyişməyəcəkdi...

Quranda belə buyurulub: “İbrahim atasına belə səslənirdi: “Atacan! Nə üçün eşitməyən, görməyən və sənə heç bir fayda və zərər verə bilməyən bütlərə ibadət edirsən?” (Məryəm, 19/42). Ardınca gələn ayələrdə də yenə: “Atacan!”, “Atacan!”, “Atacan!”, ifadələri davam edir.

Nəsihət edərkən yumşaq dildən istifadə etmək çox vaxt insanları deyilən sözü dinləməyə sövq edir. İnsanları azarlamaq, alçaldıcı söz söyləmək isə aradakı körpüləri yıxır. Hər bir insanda özünə xas qürur və inadkarlıq hissləri var. Şirin dil və yumşaq üslabla yanaşmadıqca insanlar bir təklifi, yeniliyi qəbul etməzlər.

Bir İslam alimi belə bir sual səsləndirmişdir: “Neçə nəfərin qatilisən?” Yəni, üslubsuz və metodsuz danışığa, hərəkətə görə neçə nəfəri İslamdan soyutmusan? Canlı nümunə görsələr, doğru üslubla qarşılaşsalar İslamı sevən, qəbul edən insanların sayını təxmin etmək o qədər çətin olmaz. Quranda xəbər verildiyi üzrə, hətta peyğəmbərlər belə Allahın dinini insanlara təbliğ edib-etməmələri haqqında sorğu sual ediləcəklər (Araf, 7/6). Bu minvalla cavabının tapılması gərəkən bir sual ortaya çıxır... Müsəlman kimliyi ilə qeyri səmimi əməllər nümayiş etdirmək, insanların xəyal qırıqlığına düşməsinə, İslamdan soyumasına səbəb olmaq görəsən, nə qədər böyük günahdır?

Bir Quran ayəsində belə buyurulub: “İnsanları hikmətlə, gözəl öyüd-nəsihət ilə Rəbbinin yoluna dəvət et, onlarla ən gözəl surətdə mübahisə et” (Nəhl, 16/125).Hikmətlə, yəni, xitab edilən şəxsin əqli səviyyəsinə müvafiq şəkildə söz söyləmək çox vacibdir. Bir mesajı bacarıq və qabiliyyətini nəzərə alaraq, şirin dillə, mehribanlıqla insanlara çatdırmaq olduqca mühümdür.

Sərtliklə və qəzəblə heç bir məqsədə nail olmaq mümkün deyil. Cənab Allah (c.c.) Həzrəti Musanı (ə.s.) əsrin Fironuna dini təbliğ üçün göndərmişdi. Quranda Allah qatında ən böyük günah olan Ona ortaq qoşma, ilahlıq iddiasına düşmə kimi əməllərin sahibi Firona belə şirin dil və yumşaq üslubla müraciət etmək əmr olunub: “Fironun yanına yollanın. O (allahlıq iddiasına düşməklə), həqiqətən, azğınlaşıb həddini aşmışdır. Onunla yumşaq danışın. Bəlkə, öyüd-nəsihət qəbul etsin, yaxud (Rəbbindən) qorxsun!” (Taha, 20/43-44).

“Mən ilaham!” deyən şəxsə qarşı yumşaq davranmaq lazımdırsa, “Rəbbim Allahdır!” deyənlərə qarşı kobud və qırıcı sözlərlə rəftar etmək nə qədər doğru olar? Kobud və qırıcı sözlər qarşı tərəfdə haqq sözün qəbul edilməsinə əngəl törədir. Muxatəbin hirs, inad və qürurunu artırır. Ancaq yumşaq söz qarşı tərəfin inad və qürur damarına toxunmadan bir başa onun vicdanına səslənir.

Hərçənd, bəzi Quran aylərində inancsızlara qarşı sərt üslubdan istifadə edilmişdir. Ancaq sərt üslubun müxatəbi şəxslər deyil, bu mülhid və inkarçı şəxslərin şər əməlləri, dilə gətirdiyi inkar düşüncələridir.

Diqqət edilməsi gərəkən bir xüsus da var ki, yumşaq dil ilə bir şeyi müzakirə etmək, Həzrəti Musa (ə.s) nümunəsində olduğu kimi duyğu və düşüncələrin qarşılıqlı danışılması üçün bir zəmin hazırlayır. Belə bir zəminə bugünkü dünyada çox ehtiyac var.

Müəllifin fikirləri öz mövqeyini əks etdirir.

Oxundu: 95

  • Səmud qövmündən günümüzə mesajlar - 2

    15.01.2018 13:19
    Quran ayələri Səmud qövmünün tənəzzülü və tarix səhnəsindən silinməsi ilə bağlı mühüm məqamlara toxunur.
  • Əshabı-Kəhf bizə nə söyləyir?

    18.11.2017 13:04
    Cənab Allah (c.c.) onları axirət inancı və ölümdən sonra dirilmə xüsusunda canlı nümunələr etmişdi.
  • Nuhun gəmisinə ehtiyac var…

    15.11.2017 16:28
    Limanda sonuncu gəmi bizi gözləyir...
  • Səmud qövmündən günümüzə mesajlar!

    15.11.2017 14:42
    Bu yazıda Səmud qövmü haqqında bəzi məqamlara toxunmaq, bir sıra suallara cavab tapmaq istəyirəm...
  • Haqq yolun bənzərlikləri...

    15.11.2017 10:53
    Bu yazıda Quranın bir surəsinin ümumi məzmununa nəzər salmaq, bizə hansı həqiqətləri xəbər verdiyindən söhbət açmaq istəyirəm.
  • Yalnış hesab! Yalnız güman!

    10.11.2017 12:20
    Uca Yaradan bu zənnin yalnış olduğunu söyləyir.
  • "Üz-üzə", "göz-gözə" gəlsək də!..

    08.11.2017 10:34
    Bəsirət və görmə gözündən məhrum insan müasir elmin imkanları ilə kosmosa çıxsa da, onun üçün heç nə dəyişməyəcək.
  • Həzrəti Musa və su başındakı qızlar

    06.11.2017 13:43
    “Utanmadıqdan sonra istədiyi et”.
  • “Qavli-ləyyin” və ya yumşaq söz

    02.11.2017 10:09
    Sərtliklə və qəzəblə heç bir məqsədə nail olmaq mümkün deyil.
  • Kərbəladan günümüzə mesajlar - 2

    09.10.2017 16:35
    Kərbəla hadisəsini, baş verənləri zəncirvarı təqib edərək, başa düşmək mümkün olduğu kimi, o dövrdəki insanların Kərbəla hadisəsinə dair baxış və
  • Özünü kənarda görmə!

    06.10.2017 16:17
    Bəzən insanlar zahiri səbəbləri mütləq güc, yeganə çıxış yolu kimi görürlər.
  • Kim çörəyi ayaqlayar?

    27.09.2017 15:45
    Rüşvətin verəcəyi zərərlər və təxribat çox böyükdür.
  • Kərbəladan günümüzə mesajlar-1

    26.09.2017 14:01
    Tarixdə elə hadisələr var ki, nəticələri uzun illər, hətta əsrlərcə davam etsə də, əslində həmin hadisənin cərəyan etdiyi müddət bir neçə gün,
  • Nə gözəl vəsilədir!

    20.09.2017 13:26
    Bu həyatın bir hesabı olmayacaqmı?
  • “Cəzasını” sərnişinlər çəkməməlidir

    01.09.2017 17:51
    Axı şəhər daxilində onlarla sərnişin daşıyan sürücü necə və nə üçün tələsməlidir?
  • "Rəbbim Allahdır!" dediyinə görəmi?..

    01.09.2017 11:50
    Tarixin hər məqamında zülmə etiraz edən insanlar olmuşdur.
  • Bakının “Pizza qülləsi”

    19.07.2017 15:06
    Bu bina və sakinləri üçün hələ gec deyil.
  • Elm bizim nəyimizdir?

    01.07.2017 17:44
    Əgər elm Avropanın silahıdırsa, bəs bizim nəyimizdir?
  • Əlimizdəki cövhər

    01.07.2017 11:34
    Hər tərəfdə rüşvət baş alıb gedirsə, belə bir cəmiyyətin əlindəki dinə nə üçün dəyər versinlər?
  • Alim və elmin izzəti (1)

    12.06.2017 15:15
    Əxlaqdan təcrid olunmuş bir İslam anlayışını təsəvvür etmək mümkün deyil.
  • Nə üçün varam?

    26.05.2017 18:12
    Birincisi anarxiya doğurar. İkincisi isə mənəvi rahatlıq, kamillik və ictimai sabitlik doğurur.
  • Uşaqların səsi

    17.05.2017 16:17
    Uşaqları parka apara bilmirəm.
  • O qədər də müəmmalı deyil!

    11.05.2017 15:22
    Məzhəbləri ortaya çıxaran amillər nələr idi.
  • Onlar...

    29.04.2017 16:53
    Səhabələri nə qədər yaxşı tanısaq, uca dinimiz İslamın insan üzərindəki təsirini bir o qədər daha yaxşı anlamış olarıq.
  • Tarixi missiya

    25.04.2017 17:13
    Hələ ilk dövrlərdə Quran kitab halına salınmışdır.
  • İynə dəliyindəki heykəl

    18.04.2017 14:50
    O qədər dəyərsiz kimi görünən əşya və metallar var ki, sənətkar onu qızıl, gümüş və almazdan daha dəyərli hala gətirir.
  • Qəriblik

    08.04.2017 18:03
    "Qərib" sözü, yad yerdə olma, kimsəsizlik, təklik, sayılmamaq, əhəmiyyət verilməmək, etina etməmək kimi mənalara gəlir.
  • Əhli-beyt

    17.03.2017 16:07
    Peyğəmbərimizin pak nəsli cəmiyyətin alim və abidləri idilər.
  • İlahi məkr

    13.03.2017 17:10
    Təsəvvür edin ki, bir insan özü də bilmədən dərin bir yarğanın qarşına qədər gəlib.
  • İstifadə olunmamış sərmayə

    27.02.2017 17:38
    Bəşər övladı gözünə görünən nə varsa, faydalanmağa çalışır. Gah dağları qazaraq, gah un kimi ələyərək, gah dərin dənizlərdə platformlar quraraq...
  • Yol yorğunluğu

    20.02.2017 15:27
    Yoxsa işıldaquş kimi bir anlıq parlayıb sönmək o qədər dəyər ifadə etməz.
  • Şüuraltındakı biz

    16.02.2017 17:50
    "Uşaqlığımda atam mənimlə necə davranırdısa, hiss edirəm ki, mən də oğlumla eyni cür rəftar edirəm".
  • Mənən zəhərlənmək

    07.02.2017 14:50
    Belə hallar daha çox "mənəvi immun sistemi" zəif olan insanlarda müşahidə olunur.
  • Bəsirət gözü

    31.01.2017 14:28
    Məgər bəsirət gözünün "hərəkətə keçməsi" üçün hündür məkanlara çıxmaq lazımdır?!
  • Xəyaldan keçənlər günah sayılırmı?

    19.01.2017 11:28
    “Sən yetimin könlündən keçməsəydi, o da gəlib sənin yuxuna girməzdi”.
  • Həllini gözləyən məsələlər...

    07.01.2017 16:46
    Bəlkə də problemin ortaya çıxma səbəblərini tam ortaya qoya bilmədim.
  • Alim və elmin izzəti (2)

    03.01.2017 19:13
    "Elmin izzətini qorumaq məni naməhrəmə baxdırmır".
  • Nə üçün geridəyik?

    03.01.2017 11:03
    Madam ki, İslam ucadır, bəs nə üçün onun mənsubu olan müsəlmanlar bu qədər geridə qalıb?
  • Biz nə üçün beləyik?

    30.12.2016 15:51
    Kənarları hündür plastik materiallar ilə hasarlanmış, ya da bəzədilmiş şəhər daxili və şəhər ətrafı o qədər yollarımız var ki...
  • Önümüzə qoyulan həyat dəftəri

    21.12.2016 13:41
    On illik bir həyat saniyələr içərisinə sığaraq yaddaşda canlanır.
  • Əhdü-peymanımızı unutmayaq

    14.12.2016 13:00
    Xatirimə əsgərliyə gedib bir aydan sonra vətənə və xalqa qarşı sadiq olacağımız barədə verdiyimiz söz, ya da hərbi and düşür...
  • Körpü olmaq, körpülər qurmaq...

    12.12.2016 14:10
    Əslində bu dünyanın ümumi reallığıdır..
  • İmmun sistemi

    07.12.2016 11:34
    İnsan orqanizminin bir sıra daxili və xarici düşmənləri vardır ki, immun sistemi olmadan insanın yaşaması sadəcə olaraq mümkün olmazdı.
  • 14 əsr davam edən sevgi

    05.12.2016 12:34
    Ona (s.a.v) yönələn insanların Allaha yönəlməməsi düşünülə bilməz.
  • Düşünmə damarlarındakı tromblar

    02.12.2016 14:20
    Elmin çata bilmədiyi nöqtələrə həmişə düşünmə və təfəkkür çatmışdır.
  • Nələrdən zövq alırıq

    27.11.2016 19:07
    Bu yazıda, bir adı hedonizm, başqa bir ifadə ilə həzçilik, zövqçülük düşüncəsini mənəviyyatımızla muqayisəli şəkildə təqdim etməyə çalışacağıq.
  • İnkarın iki növü

    19.11.2016 16:09
    Uca Allahın varlığını, axirət gününü və digər iman əsaslarını heç bir ehtimal verməyəcək şəkildə inkar edən şəxs, küfr və inkarın ən qatı və dəhşətlisinə
  • İnsan nə üçün günah işləyir?

    08.11.2016 10:47
    Cənabı Allah Qurani-Kərimdə və digər səmavi kitablarda adəm övladına böyük mükafat olan cənnəti və dəhşətli cəza olan cəhənnəmin varlığını xəbər
  • Cahiliyyə dövrü

    27.10.2016 11:47
    “Cahiliyyə dövrü nədir?” sualını insanlara versək, mövzu ilə bağlı tədqiqat aparmış bir sıra şəxslərdən başqa əksər insanlar
  • Sadə və qəliz suallar

    21.10.2016 18:25
    Elə virus və xəstəliklər var ki, tibb elmində, ya da bir həkimin gözündə o qədər də təhlükəli deyil.

© 2018 - NSPSOLUTIONS