Azərbaycanda növbəti zəlzələ

AzTV-də “Ayə, harayə gedirsən, ayə?” oxudu - VİDEO

Tağı Əhmədov icra başçısı olmaq istəyir

Cümə, 24 noyabr 2017
TR EN RU

Menu

Cümə, 24 noyabr 2017
EN TR RU

Yazarlar

Əziz Mustafa

Biz niyə erməniləri öz silahı ilə vura bilmirik?

22.05.2017 18:32

Son vaxtlar Ermənistan beynəlxalq aləmdə belə demək mümkünsə daha da fəallaşıb və qarşı tərəf addımbaşı ölkəmiz əleyinə iftiralar atır və bunu müxtəlid yollarla əsaslandırmağa çalışır. Bəzən görürsən mətbuatımızda ölkəmizdəki hansısa pozuntular barədə gedən məlumatlardan ermənilər dərhal beynəlxalq səviyyədə əleyhimizə istifadə etməyə başlayırlar. Əlbəttə, düşmənin əleyhimizə xaricdə yüksək səviyyədə təbliğat aparması və bu zaman mətbuatımızda gedən hansısa yazılardan istifadə etdikləri təzə bir şey deyil. Amma bəs biz erməniləri öz silahları ilə vura və onların çirikin oyunlarını beynəlxalq səviyyədə ifşa edə bilirkmi? Çox təsssüflər olsun ki, biz Ermənistan mətbuatında Sarkisyan və onun komandası haqqında gedən çoxsaylı ifşaedici məlumatlardan, tənqidi materiallardan əksər hallarda istifadə etmirik və bəzən bütün bunları görməzliyə vururuq. Niyə? Sözün düzü bu suala cavab vermək mənim üçün çətindir. Mənim üçün müəmma olan bir məsələ də yerli mətbuatımızda belə Ermənistanın çirkin oyunlarının əleyhinə olan materialların belə az getməsidir. Halbuki həmkralarım arasında istər iqtisadi, istərsə də siyasi və hərbi, analitik sahədə peşəkar yazıları ilə tanınanların sayı heç də az deyil. Amma mənə elə gəlir ki, peşəkar həmkarlarıman da bəziləri deyəsən "mürgüləmək"dədirlər. Hər halda bunu başqa cür dəyərləndirmək də mümkün deyil. Bu işdə ,yəni Azərbaycandakı rusdilli mətbuat da erməni yalanlarının ifşa edilməsində müəyyən rol oynaya bilər. Hər halda çoxlarımız ingilis dilini bilməsək də, rus dilini mükəmməl bilənlərimizin sayı kifayət qədər çoxdur. Amma təəssüflər olsun ki, bəzi rusdilli saytlarımız sanki ermənilərn əleyhinə nə isə yazmaqdan ehtiyat edirlər. Hər halda rusdilli erməni mətbuatını mütəmadi olaraq izləyən bir şəxs kimi mən Azərbaycanın əksər rusdilli KİV-lərində Ermənistanın müvafiq qurumlarında olan anti Azərbaycan ovqatını, əleyhimizə işləyən ən cüzi bir faktdan, loru dildə desək, qarışqadan fil düzəldərək bundan beynəlxalq aləmdə əleyhimizə istifadə etdikləri təcrübəsindən yararlanmaq cəhdlərini görə bilmirəm. Yenə də bunun səbəblərini başa düşməkdə çətinlik çəkirəm. Amma ortada acı bir həqiqət var. Bu da ermənilərin üzərimizə atdıları yalan və böhtanlara cavab verilmədikcə onların daha da həyasızlaşması ilə bağlıdır. Halbuki təkcə prezident Serj Sarkisyanın terrorçu olduğunu və onun Xocalıda dinc əhaliyə qarşı soyqırımlarında iştirak etdiyi barədə dediklərindən onun öz əleyhinə beynəlxalq aləmdə gen-bol istifadə etmək, özünü beynəlxalq görüşlərdə humanist adam kimi göstərməyə çalışan uşaq qatilinin iç üzünü açıb göstərmək mümkün idi. Ötən ayda Ermənistanda keçirilən parlament seçkiləri zamanı Qərbin bəzi dairələri bu prosesin guya beynəlxalq hüquq normalarına uyğun şəkildə baş tutduğunu söyləyərək Sarkisyanın simasında demokratik imic formalaşdırmağa cəhd etdilər. Halbuki Ermənistan mətbuatında bu seçkilərin pulla ələ alınaraq saxtalaşdırıldığı barədə çoxsaylı faktlara diqqət cəlb edildi. Hətta Sarkisyanın əsas tərəfdaşlarından olan eks prezident Robert Köçəryan belə parlament seçkilərində iştirakdan imtina edərək bunun səbəbini seçicilərin pulla ələ alınması ilə izah etdi. Amma yenə də bu faktdan biz beyənlxalq aləmdə istifadə edə, Sarkisyanın seçkilərdən əvvəl Moskvaya gedərək oradan özünün və komandasının hakimiyyətdə qalması üçün dəstək aldığını, belə vəziyyətdə seçkilərin demokratik keçirilməsinin qeyri-mümkün olduğu barədə beynəlxalq səviyədə hər hansi faktı ortaya qoymadıq... Eyni zamanda 2008-ci ildə keçirilən prezident seçkiləri zamanı Sarkisyanın seçkiləri saxtalaşdırdığını və buna qarşı etiraz aksiyası keçirənlərin üzərinə qoşun yeridərək silah gücünə dağıtdığını və bu zaman ondan artıq adamın öldürüldüyünü, çoxlu sayda insanın yaralandığını və 300 nəfər aksiya iştirakçısının tutularaq müxtəlif müddətlərə həbs cəzasına məhkum edildiyini beynəlxalq təşkilatlara xatırlatmadiq. Belə bir adamın demokratik adlandırılmasının demokratiyaya ləkə olduğunu faktlarla sübut edə bilmədik. Bir müddət əvvəl Sarkisyanın İspaniyada həbs edilən mafioz iş adamlarından biri ilə sıx əlaqədə olduğu barədə məlumat və onunla yanaşı çəkdirdiyi şəkil internetdə yayılmaşdı. Ötən həftə isə kriminal aləmin Praqadakı topantısı zamanı Sarkisyanın yaxın dostu olan və diplomatik pasportla təmin edlən iş adamı Tatulyanın da iştrak etdiyini və polisin keçirdiyi əməliyyat zamanı onun da həbsə atıldığı barədə məlumat yayılmışdı. Bu gün isə insan hüquqları müdafiəçisi Artur Sakunts Birinci kanala verdiyi müsahibəsində Sarkisyanın, eləcə də eks prezident Köçəryanın korrupsiyaya uğramış güclərlə, o cümlədən kriminal aləmlə sıx əlaqədə olduğunu bildirib. Bu olduqca ciddi ittihamdır. Belə bir hadisə bizdə baş versəydi, o saat Ermənistan bütün dünyanı əleyhimizə qaldırardı. Amma təəssüflər olsun ki, biz ermənilərin öz silahlarından onların öz əleyhinə istifadə edə bilmirik. Halbuki əsl həqiqətlərin nədən ibarət olduğunu beynəlxalq almə izah etmək üçün belə faktlardan istifadəni bacarmalıyıq. Ancaq bunu etmirik və ya da belə faktlardan istifadə etmək istəmirik. Sanki bütün bunların bizə heç bir aidiyyatı yoxdur...

Müəllifin fikirləri öz mövqeyini əks etdirir

Oxundu: 154

© 2017 - NSPSOLUTIONS