ALLAHVERDİ AYDIN

Torpaq sizin nəyinizə lazımdır?

Torpaq sizin nəyinizə lazımdır?

ALLAHVERDİ AYDIN

Ermənilər çox qəribə varlıqlardır. Hamısını bir yerə yığsan barmaqla saymaq olar. Ancaq böyüklük iddialarından əl çəkmirlər. "Böyük Ermənistan" qurmaq istəyirlər. Bunu milli ideologiya səviyyəsinə yüksəldiblər. Ermənilərdən soruşmaq lazımdır. Kim yaşayacaq xəyal etdiyiniz, qurmaq istədiyiniz "Böyük Ermənistan"da? "Kiçik Ermənistan"da yaşaya bilmədiyiniz halda, "Böyük Ermənistan"da necə yaşayacaqsınız? Ermənistanda yaşayan digər millətləri didərgin saldınız. Gəlmə olduğunuz halda havadarlarınızın yardımı ilə yerli xalqları öz torpaqlarından çıxartdınız. Lakin indi özünüz də o torpaqları tərk edirsiniz. Əgər işğal etdiyiniz torpaqlarda yaşamayacaqsınızsa, o zaman həmin torpaqlar sizin nəyinizə lazımdır? Ağdamda yaşamadığınız halda, digər rayonlarımızı işğal edib "Böyük Ermənistan"ı kimin üçün quracaqsınız? Bu gün Ermənistanda yüzlərlə kənd xarabazarlığa çevrilib. Vaxtı ilə azərbaycanlıların yaşadığı kəndlərdə indi heç kim yaşamır. Bütün bunlara "Google Earth" proqramı vasitəsilə şahid ola bilərsiniz. Üstəlik uçub-dağılan, xaraba qalan təkcə vaxtı ilə azərbaycanlıların yaşadığı kəndlər deyil. Ermənilərin yaşadığı kəndlər də boşalır. Bunları da Ermənistan Milli Statistika Xidmətinin veb-saytına ("www.armstat.am") daxil olaraq görə bilərsiniz. Ermənistan əhalisinin sayı son bir ildə 12,1 min nəfər azalıb. Ermənilərin açıqladığı rəsmi statistikaya görə, 2016-cı ilin əvvəlində Ermənistan əhalisinin sayı 3 milyon 4,6 min nəfər olub. Bir il sonra 2017-ci ilin əvvəlində bu göstərici 2 milyon 992,5 minə düşüb. Son 16 ildə isə ölkəni 228,6 min nəfər tərk edib. Statistika Xidmətinin məlumatına görə, Ermənistanda ölüm səviyyəsi doğum səviyyəsini üstələmir. Yəni, Ermənistanda az da olsa təbii artım var. Belə davam edərsə yaxın gələcəkdə Ermənistanda heç kim qalmayacaq. Naxçıvana getmək üçün İrana üz tutanlar əksər hallarda Ermənistanla həmsərhəd ərazilərdən keçirlər. Ermənistanla İranı Araz çayı bir-birindən ayırır. Arazın İran tərəfindən Ermənistanın sərhədboyu ərazilərini rahatlıqla seyr etmək mümkündür. Demək olar ki, həmin ərazilər insansız qalıb. Yarıblokada şəraitində olan Ermənistanın sərhəd rayonlarında kəndlər xarabazarlığa çevrilirsə, o zaman digər bölgələrdə vəziyyətin nə qədər ağır olduğunu təsəvvür etmək çətin olmaz. İşğal olunmuş Azərbaycan ərazilərində isə vəziyyət daha acınacaqlıdır. Nəinki kəndlər, rayon mərkəzləri belə xarabazarlığa çevrilib. Bütün bunları 21-ci əsrdə, "Google Earth"in mövcud olduğu bir dünyada heç kimdən gizlətmək mümkün deyil. Təkcə bu faktın özü ermənilərin milli kimliyini açıb ortaya qoymaq üçün kifayət edir.

MÜƏLLİFİN DİGƏR YAZILARI

Top