Azərbaycanda növbəti zəlzələ

AzTV-də “Ayə, harayə gedirsən, ayə?” oxudu - VİDEO

Tağı Əhmədov icra başçısı olmaq istəyir

Cümə, 24 noyabr 2017
TR EN RU

Menu

Cümə, 24 noyabr 2017
EN TR RU

Yazarlar

Əziz Mustafa

Rusiyanın Dilqəm Əsgərov və  Aleksandr Lapşin müəmması

15.04.2017 18:12

Rusiyanın ermənipərəst dairələrinin ölkə vətəndaşı olan şəxslərə münasibətdə həyata keçirdiyi ikili siyasət artıq açıq müstəviyə keçməkdədir. Hər halda bunu Rusiya vətəndaşı olan azərbaycanəsilli Dilqəm Əsgərova və ikili, hətta üçlü vətəndaşlığı olan Lapşinə münasibətdə də aydın görmək olar. Əlbəttə, Rusiyada yaşayan azərbaycanlılara, daha dəqiq desək Rusiya vətəndaşlığı olan soydaşlarımıza münasibətdə adi çəkilən ölkənin bəzi dairələrində özünə möhkəm yuva salan ermənipərəstlərin təhriki ilə atılan xoşagəlməz addımlar narahatçılıq doğurmaya bilməz. Xüsusi ilə bu ayrı-seçkiliyin Lapşinin Bakıya ekstradisiyasından sonra aydın şəkildə üzə çıxması Bakı-Moskva münasibətlərində şübhəsiz ki, özünəməxsus şəkildə xoşagəlməz izlər buraxa bilər. Bu baxımdan Rusiya Xarici işlər nazirliyi İnformasiya departamentinin direktor müavini Artyom Kojinin Dilqəm Əsgərovla bağlı suala cavabını birmənalı qəbul etmək çətindir. İş orasındadır ki, Kojin Rusiya vətəndaşı olan Dilqəm Əsgərovla bağlı məsələnin daim diqqət mərkəzində saxlanıldığını, onun hüquqlarının qorunması üçün müvafiq addımların atıldığını iddia edib. Lakin biz bu günə kimi Rusiyanın Dilqəm Əsgərov məsələsində hər hansı addım atdığını, ən azından onun öz cəzasını çəkməsi üçün Rusiyaya ekstradisiyasının gündəmə gətirilməsi cəhdinin şahidi olmamışıq. Digər tərəfdən də Kojinin məsələ ilə bağlı açıqlamasında öz-özünü təkzib edən amillər mövcuddur. Rusiya XİN nümayəndəsi bir tərəfdən ölkəsinin öz vətəndaşlarının hüquqlarını müdafiə etdiyini, digər tərəfdən də onların hər addımını izləməyin mümkün olmadığını söyləyib. Təbii ki, əgər Rusiya öz vətəndaşlarının hüquqlarını müdafiə edirsə, onda ikili və ya üçlü vətəndaşlığı olan Lapşin ətrafında ajiotaj qaldırmazdan əvvəl yalnız Rusiya vətəndaşı olan Dilqəm Əsgərovun ən azından ekstradisiyası məsələsini gündəmə gətirməli idi. Amma gətirmədi. Bunun səbəbini isə təbii ki, ilk növbədə erməni əsilli Sergey Lavrovun başçılıq etdiyi Rusiya XİN-in Ermənistanın maraqlarını müdafiə etməsində axtarmaq bəlkə də daha düz olardı. Hər halda Rusiya XİN-in həddən artıq Ermənistanın maraqlarının təminini önə çıxarması ictimaiyyətdə bu qurumun Yerevanın filialına çevrildiyi təəssüratı oyatmaqdadır. Kojin də eyni siyasətin alətinə çevrildiyi üçün bu günə kimi Dilqəm Əsgərovun hüquqlarını tam şəkildə müdafiə etməmələrinin səbəbini “bu hadisədə müəmmalı amillər mövcud oldugu” ilə izah etməyə çalışıb. Amma bunun onun tərəfindən edilən uğursuz cəhd olduğu aydın şəkildə üzə çıxır. Rusiya Xarici işlər nazirliyinin Ermənistanı müdafiə mərkəzinə çevrildiyini isə sübut etməyə zənnimcə ehtiyac yoxdur. Bunu Rusiya XİN-in İnformasiya və mətbuat departamentinin rəhbəri Mariya Zaxarovanın Azərbaycana münasibətdə dəfələrlə ermənipərəst mövqedən çıxış etməsi, Lapşin ətrafında da məhz onun daha çox ajiotaj qaldırması da bir daha sübut edir. Ötən gün isə Mariya Zaxarovanın daha bir erməni "sevgisi"üzə çıxıb. O qondarma erməni soyqırımı ilə bağlı feysbukunda Rusiyanin Dövlət Dumasının hələ 1995-ci ildə "Erməni xalqiının tarixi vətənində - Qərbi Ermənistanda 1915-1922-ci illərdə soyqırımının pislənməsi haqqında" qərar qəbul etdiyini xatırladaraq yazır: "BMT-nin Nyu-Yorkdakı binasından bir neçə dəqiqəlik məsafədə erməni kilsəsi var. Oraya girdim. Bu gün harada olmağımızdan asılı olmayaraq qəlbim erməni xalqı ilədir".

Xanım Zaxarovanın açıq şəkildə ermənləri müdafiə etməsini bildirməsi bir daha onun Lapşin ətrafında ajiotajı elə-belə qaldırmadığı, bununla bağlı Ermənistanın və ya öz şefinin sifarişini yerinə yetirdiyi barədə şübhələri daha da artırır. Əgər Zaxarova Azərbaycana sevgisini bu formada izah etsəydi, onra bütün Ermənistan ayağa qalxar, Rusiya XİN-in Azərbaycanın pulu ilə hərəkət etməsi barədə ajiotaj qaldırardı. Bu baxımdan xanım Zaxarovanın Lapşinlə müqayisədə Dilqəm Əsgərov barədə susmasının təsadüfi olmadığı da göz önündədir. Amma Rusiyanın dövlət maraqlarını ermənilərə qurban verməyə çalışan xanım Zaxarova və eləcə də digərləri çətin ki, bu yolla uzağa gedə bilsinlər. Çünki SSRİ-nin son illərində Qorbaçov və ətrafındakıların Qarabağ məsələsində açıq şəkildə ermənilərin tərəfini tutmaları qos-qoca bir imperiyanın altına qoyulan barıt çəlləyinə çevrildi. Nəticədə SSRİ tarixin səhnəsindən silindi. İndi də eyni oyunlar davam edir. Necə deyərlər Zaxarova da daxil olmaqla bu gün Rusiyanın dövlət maraqlarını ermənilərin mənafeyinə qurban verməyə cəhd edənlər və bu yolda həddindən artıq canfəşanlıq edənlər indi də eyni qaydada Rusiya dövlətinin ayaqlarının altını qazmaqdadırlar. Bunun isə nəticələri daha ağır ola bilər...

Müəllifin fikirləri öz mövqeyini əks etdirir

Oxundu: 282

© 2017 - NSPSOLUTIONS