Rusiya Suriyaya yenə bomba yağdırdı

Ermənistan əhalisinin sayı azalmaqda davam edir İNFOQRAFİKA

İndi də Lerikdə zəlzələ oldu

bazar, 19 noyabr 2017
TR EN RU

Menu

bazar, 19 noyabr 2017
EN TR RU

Yazarlar

Əziz Mustafa

Zaxarova niyə Lapşin məsələsində ermənilərin çaldığına oynayır?

08.04.2017 18:16

Rusiyanın xarici siyasətində Ermənistanın müdafiəsi və onun maraqlarından çıxış etmək artıq bir növ adətət çevrilib və bunu MDB məkanında bilməyən də yoxdur. Bunun da səbəbləri var. Vaxtı ilə Birinci Pyotru müxtəlif qiymətli əşyalarla ələ alaraq onu özləri tərəfə çəkməyi bacaran erməni tacirləri bununla da onda özlərinə rəğbət oyada bildilər. O dövrdən də başlayaraq Pyotrun vəsiyyətinə uyğun olaraq ölkəni idarə edənlər Cənubi Qafqazda ermənilərdən ibarət özlərinə dayaq bazası yaratmağa başladılar. Əlbəttə, bu barədə tarixi-nadir açmaq istəmirəm, ancaq onu demək istəyirəm ki, bu ənənə çar Rusiyası və sonra bolşeviklər tərəfindən davam etdirildi. SSRİ dağılandan sonra isə Rusiyanı idarə edənlər yenə də ermənilərin müdafiəsini özlərinin xarici siyasətinin əsas, prioritet sahəsi kimi davam etdirməkdədirlər. Bu müstəvidə də Rusiya Xarici işlər naziri, əsl soyadı Kələntəryan olan Sergey Lavrovun başçılıq etdiyi quruma erməniləri və onları dəstəkləyənləri dolduraraq oranı az qala Ermənistanın xarici siyasət idarəsinin filialına çevirdiyi barədə mətbuatda çox yazılıb. Onların arasında Rusiya xarici İşlər nazirliyi mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova mütəmadi olaraq ölkəmizə münasibətdə ermənipərəst mövqedən açıqlamalar verməyi artıq ənənəyə, daha dəqiq desək sevimli peşəsinə çevirib. Hər halda Zaxarovanın bu vəzifəyə təyin olunmasından sonra onun ermənləri müdafiə etməyə başlaması və bəzən özünü Ermənistan xarici işlər nazirliyi mətbuat xidmətinin rəhbər kimi aparmasının zənnimcə artıq sübuta ehtiyacı yoxdur. Xüsusi ilə aprel döyüşlərinə və blogger Lapşinə münasibətdə Zaxarovanın anti Azərbaycan mövqeyi və bu çərçivədə "fəallığı" artıq sərhəd tanımaqdadır. Bir neçə gün əvvəl yenə də adəti üzrə blogger Lapşinin müdafiəsinə qalxan və belə demək mümkünsə ermənilərin dediklərini təkrar edən xanım Zaxarova təmsil etdiyi nazirliyin bu məsələni diqət mərkəzində saxladığını növbəti dəfə bəyan edib. Lapşinin Rusiya vətəndaşı olduğunu tez-tez təkrar edən Zaxarova az qala hakim rolunda çıxış edərək onun günahsız olduğunu sübuta yetirmək istəyir və bunun üçün bütün imkanlarını da işə salır. Halbuki Lapşin yalnız Rusiya deyil, eyni zamanda İsrail və Ukrayna vətəndaşıdır. Rusiya kimi Ukrayna və İsrail də öz vətəndaşlarını müdafiə edə bilərdilər. Amma Rusiya ilə müqayisədə İsrail və Ukryana Lapşin məsələsində daha təmkinli mövqe nümayiş etdirməkdəirlər. Çünki xanım Zaxarova ilə müqayisədə adı çəkilən ölkələrdə Lapşinin günahkar oduğunu və onun qeyri-qanuni olaraq Azərbaycan sərhədlərini pozduğunu yaxşı anlayırlar. Zaxaova da bunu, yəni Lapşinin günahkar olduğunu şübhəsiz ki, yaxşı bilir. Ancaq buna baxmayaraq bloggerin müdafiəsinə qalxır. Çünü o həm özünü bu vəzifəyə təyin edən erməni Kələntaryanın ( Lavrov), həm də ermənilərin xoşuna gəlmək istəyir. Əgər belə olmasaydı Zaxarova Rusiya vətəndaşı olan Dilqəm Əsgərovun doğmalarının qəbrlərini görmək, anadan olduğu Kəlbəcərə getməsinə görə həbs edilməsinə də analoji reaksiya verərdi. Nəhayət Lapşinlə müqayisədə Dilqəm Əsgərov 3 ölkənin deyil, yalnız Rusiyanın vətəndaşıdır. Üstəlik o da məlumdur ki, Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarov dəfələrlə Lavrovla görüşündə Rusiya vətəndaşı olan Dilqəm Əsgərovun məsələsini qaldırıb. Bu, xanım Zaxarovaya də məlumdur. Ancaq Zaxarova bu günə kimi Rusiya vətəndaşı olan Dilqəm Əsgərovun bir dəfə də olsun müdafiəsinə qalxmayıb. Niyə? Bəlkə xanım Mariya Zaxarovanı da bədnam "azərbaycanşünas" mərhum Qalina Stravoytova, o cümlədən Kazimirov kimi ermənilərin pulu danışdırır? Hər halda Zaxarovanın Lapşin və Dilqəm Əsgərova münasibətdə ikili standartlardan çıxış etməsinin elə-belə təsadüfi olduğuna inanmaq sadəlövhlük olardı. Çünki Zaxarova ilk günlərdən Lapşinlə bağlı məsələdə Yerevanın dediklərini təkrar edib və müntəzəm olaraq bu məsələni gündəmə gətirib. Amma nə vaxta kimi Zaxarova ermənilərin mövqeyindən çıxış edəcək? Bu suala birmənalı cavab vermək çətindir. Sadəcə olaraq məsələ ilə bağlı ermənilərin muzdlu müdafiəçisi kimi çıxış edən Dövlət dumasının keçmiş deputatı Qalina Starovoytavanı taleyini xatırlatmaq istəyirəm. Ermənilər Starovoytovadan Azərbaycanın əleyhinə ən yüksək səviyyədə istifadə etdilər. Ancaq elə ki, Starovoytova ermənilərə lazım olmadı, o müəmmalı şəkildə aradan götürüldü. Bu, ermənilərin muzdlu nökəri kimi çıxış edən digərlərinə də ibrət dərsi olmalı idi. Amma hadisələrin gedişi göstərir ki, Starovoytavanın taleyi hələ də muzdlu erməni nökərlərinə ibrət dərsi olmayıb...

Oxundu: 171

© 2017 - NSPSOLUTIONS