Rusiya Suriyaya yenə bomba yağdırdı

Ermənistan əhalisinin sayı azalmaqda davam edir İNFOQRAFİKA

İndi də Lerikdə zəlzələ oldu

bazar, 19 noyabr 2017
TR EN RU

Menu

bazar, 19 noyabr 2017
EN TR RU

Yazarlar

Əziz Mustafa

Rusiya da dağılacaq, cənab Jirinovski...

07.02.2017 17:38

Ötən əsrin 80-ci illərinin sonlarından başlayaraq Rusiya mətbuatının, o cümlədən ermənilər tərəfindən ələ alındığı istisna edilməyən bəzi "siyasətçi"lərin ölkəmizə atdığı böhtanların dəfələrlə şahidi olmuşuq. Onların arasında Starovoytova və Yelena Bonner-Əlixanyan, islam təhlükəsi adı altında SSRİ-ni idarə edənləri qorxutmağa çalışan bədnam "islamşünas" Belyayev, ATƏT MQ-nin keçmiş həmsədri Kazimirov, həmçinin Dövlət Dumasının deputatı, Rusiya Liberal Demokrat Partiyasının sədri Jirinovskini və digərlərini göstərmək olar. Əlbəttə, biz hər dəfə Rusiyanın rəsmi dairələrində təmsil olunan və erməni diqtəsi ilə, daha dəqiq desək erməni pulu ilə hərəkət edən bəzi muzdlu nökərlərin əleyhimizə səsləndirdiyi iftiralarla bağlı "İt hürər, karvan keçər"mövqeyindən çıxış etmişik. Karvan keçməyə keçib, ancaq it və ya daha dəqiq desək itlər isə hürməkdə davam edib və edir. Amma görünür hürən iti susdurmaq üçün ona daş atmağa ehtiyac varmış...Hər halda mən bu qənaətə vaxtı ilə ATƏT Minsk qrupunun həmsədrlərindən biri olan Vladimir Kazimirovun sülh danışıqları ilə bağlı növbəti dəfə ermənipərəst mövqedən çıxış edərək ölkəmizin üzərinə iftira və böhtanlar yağdırmasını görəndən sonra gəldim. Kazimirovun ermənilərin muzdlu nökəri kimi ölkəmiz əleyhinə böhtan və iftiralar yağdırması əslində birinci dəfə deyil. Vaxtı ilə Kazimirovu yaxından tanıyan və əleyhimizə iftiralar yağdırmasına baxmayaraq onu ölkəmizə dəvət edən mərhum politoloq Vəfa Quluzadə: "Ermənilər əleyhimizə deməyə sözləri qalmayanda dərhal yadlarına Kazimirov düşür. Kazimirov da içməyə pul tapmayanda başlayır əleyhimizə danışmağa ki, bu yolla görək ermənilərdən nə qopara bilir. Bu bədbəxtə bir az pul versən, sabah nəinki nökərçilik etdiyi erməniləri, həm də doğma atasını, anasını da söyəcək",-demişdi.

Əslində həqiqətən də elədir və Kazimirov həmişə pulu qurtaranda başlayır Azərbaycan əleyhinə ağzına gələni deməyə... Kazimirovun son sayıqlamalarının da əsassız olduğu Xarici işlər nazirliyinin məsul əməkdaşı Hikmət Hacıyev tərəfindən faktlarla sübuta yetirilib. Amma şübhəsiz ki, Kazimirovun pulu qurtaranda yenə də ermənilərin muzdlu nökəri olacağı yadına düşəcək...

Kazimirovdan fərqli olaraq Rusiyanın siyasi dairələrində yatıb yuxusunda da SSRİ-nin bərpa olunduğunu və ya çarizm dövrünün qayıtdığını görənlər də var. Bu baxımdan Jirinovski müstəqill dövlətlər olan keçmiş SSRİ respublikalarının müstəqilliyini təhdid edən açıqlamalar verir. Kazimirovdan fərqli olaraq Jirinovski MDB-də təmsil olunan bütün dövlətləri hədəfə alıb və belə demək mümkünsə sərsəmcəsinə imperiyanı bərpa etməyə çağırır. Bir neçə gün əvvəl Jirinovski mətbuata verdiyi açıqlamada imperiyanın bərpası ilə MDB daxili etnik münaqişələrin həll ediləcəyini, müstəqil dövlətlərin yerində Bakı, Tbilisi, Kutaisi, Yerevan quberniyalarının yaradılacağını söylədi. Aydın məsələdir ki, imperiyanın bərpası sərsəmləmədən başqa bir şey deyil və müstəqil dövlətlər heç zaman yenidən Rusiyanın caynağı altına girməyə razı olmayacaqlar. Amma Jirinovski unudur ki, hətta imperiya bərpa olunsa belə, ruslar yenidən imperiya daxilində azlıqda qalan xalqa çevriləcəklər və bu da tədircən imperiyanın məhvində katalizator rolunu oynamağa başlayacaq. Digər tərəfdən də Rusiya qan qardaşları olan Ukrayna və Belarusla açıq şəkildə düşmənçilik etməyə başlayıb. Əgər Rusiya dini və etnik baxımdan qan qardaşları hesab edilən belaruslarla və ukaynalılarla dinc şəraitdə yaşaya bilmirsə, onlara qarşı düşmənçilik siyasəti yeridirsə, onda digər millətlərlə bir dövlətdə necə yaşaya biləcək? Bəlkə di Jirinovski imperiyanı bərpa etmək kimi sayıqlamaları ilə yenidən Rusiyanın dəhşətli şəkildə parçalanmasına çalışır. Çünki imperiyaya nifrət keçmiş postsovet məkanında olduqca yüksəkdir. Bu amil Jirinovskinin arzuladığı imperiyanı quranların tarixin səhnəsindən tamamilə yox olub çıxmasına yol aça bilər. Hər halda bütün imperyaların məhvinə səbəb əsarət altına aldıqları xalqların nifrət dalğası olub və tarixdə bununla bağlı çoxsaylı ibrətverici hadisələr mövcuddur. Jirinovskidən fərqli olaraq mən belə hesab edirəm ki, imperiya nəinki bərpa ediləcək, əksinə yeni dağılma təhlükəsindən xilas ola bilməyəcək. Nəticədə Rusiya şimalda və cənubda vaxtı ilə işğal etdiyi əraziləri itirərək tarixi sərhədləri olan Novqorod ətrafı ərazilərlə kifayətlənməli olacaq...

Müəllifin fikirləri öz mövqeyini əks etdirir.

Oxundu: 249

© 2017 - NSPSOLUTIONS